• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Leonardo Di Kaprionun qadınları - FOTOLAR

Leonardo Di Kaprionun qadınları - FOTOLAR

Leonardo Di Kaprionu qısqanmayan kişi varmı? Böyük ehtimalla yoxdur, çünki Leonardo məşhurdur, zəngindir, yaraşıqlıdır və ən əsası, dünyanın gözəl qadınları ilə sevgi münasibəti olub.

Publika.az bu günə kimi Leonardo Di Kaprionun həyatından gəlib-keçən gözəlləri araşdırıb.

Leo indiyə kimi Qisel Bündşen, Bar Refael, Keyt Moss, Bleyk Layvli kimi ən cazibədar ulduzlarla sevgi münasibətində olub. Lakin Leonardonun nə zaman evlənəcəyi artıq Hollivudu narahat etməyə başlayıb. Çünki yaraşıqlı aktyor elə də gənc deyil, onun artıq 41 yaşı var.

İllər Leonardoya da təsirsiz ötüşməyib. Saçları seyrəkləşib, göbəyi çıxıb, ancaq nə seksuallığı azalıb, nə də dünya gözəllərinə olan sevgisi...

1996-cı ildə Keyt Mossla birlikdə olan cazibədar aktyorun adı 1998-ci ildə evli qadınla hallanıb. Belə ki, musiqiçi Tiko Torreslə evli olan Eva Herziqovanın Leo üçün ərindən boşandığını bildirilir. Təəssüf ki, bu münasibət uzun çəkməyib. Di Kaprio bu dəfə Qisel Bündşenlə sevgili olub. 5 il davam edən bu münasibət müddətində cütlük 3 dəfə ayrılıb-barışıb.

2005-ci ildə “Oscar” mükafatları gecəsində birlikdə iştirak edən Leo ilə Qiselin evlənəcəkləri təxmin edilirdi. Lakin Leo bu dəfə də nikah masasına əyləşmədi.

Qısa müddət sonra Di Kaprio Las Veqasda 19 yaşlı Bar Refael ilə yeni bir eşqə yelkən açdı. Aktyorun bu əlaqəsi də 5 il çəkib.

Leo 2011-ci ildə “Gossip Girl” serialıyla məşhurlaşan 24 yaşlı Bleyk Layvliylə birlikdə görüntülənməyə başlayıb.

Bu dəfə tərk edilən Leonardo Di Kaprio olub. Belə ki, Bleyk 6 ayın sonunda aktyorla münasibətinə son qoyub.

Leonardoya Bleyki unutmaq üçün iki ay kifayət edir. O, amerikalı “Victoria’s Secret” modeli Erin Heathertonla təssəlli tapır.

Ondan ayrılan kimi də dərhal milliyətcə alman olan top model Toni Qarnnın ürəyini ələ alır.

Leo ötən il İbizada 12 qızla birdən əylənsə də, sevgilisi Toni Qarn onu bağışlayır. Lakin bu fədakarlıq onların münasibətlərini xilas edə bilmir. Toni Qarn - Leonardo Di Kaprio eşqi bitir.

İllər boyu sarışın qadınlara olan düşkünlüyü ilə tanınan Leo hazırda pop ulduz Rihanna ilə birlikdədir. Riri Leonardonun həyatına daxil olan ilk qaraşın qadındır.

Deyilənlərə görə, Riri sevgilisini ailəsiylə də tanış edib. Hollivud bu münasibətin evliliklə taclanacağı günü səbirsizliklə gözləyir.

Gözləyək, görək, dünyanın ən gözəl sarşınlarının bacara bilmədiyini Rihanna edə biləcəkmi? Axı, xarizmatik və şorgöz Leonu nikah masasına əyləşdirmək elə də asan məsələ deyil.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR