Şou əhlinin gizli biznesi - ARAŞDIRMA
Bizi izləyin

Tabloid.az

Şou əhlinin gizli biznesi - ARAŞDIRMA

Şou əhlinin gizli biznesi

Şou - biznes nümayəndələri daim diqqət mərkəzində qalan zümrədir. Belə ki, onların hər addımı danışılır, qalmaqalları, geyimləri və gəlir mənbələri həmişə müzakirə olunur. Böyük məbləğdə layihələri həyata keçirmək, klip çəkdirib, yeni mahnılar yazdırmaq toydan əldə olunan qazancla reallaşdırmaq mümkün deyil. Biz də şou əhlinin əlavə biznesləri ilə maraqlanıb, kiçik araşdırma apardıq.

Publika.Az saytı həmin araşdırmanı sizlərə təqdim edir:

Əməkdar artist Nüşabə Ələsgərli ilk biznes xanımları sırasındadır. Belə ki, biznesə gözəllik salonu açmasıyla atılan sənətçi eyni zamanda restoran idarəsi ilə məşğul olur.

Rəqqasə Fatimə Fətəliyevanın əl işlərinin, nişan və toy üçün lazım olan avadanlıqların satışı ilə məşğul olur. Həmçinin Fatimə xınayaxdı mərasimləri təşkil edir. Bundan başqa rəqqasə pedaqoq kimi də fəaliyyət göstərir. Rəqsdən dərs keçən Fatimənin işçiləri kifayət qədərdir.

“Özünə Bax” layihəsinin rəhbəri, ATV kanalının siması Ruhi Əliyeva da biznes quran tanınmışlar sırasındadır. Əldə etdiyimiz məlumata əsasən gözəl xanımın zinət əşyalarından ibarət mağazalar şəbəkəsi var.

Toppuş bacı Tünzalə Əliyeva da xınayaxdı mərasimin təşkili ilə məşğul olan mərkəz idarə edir. Aktrisanın 20 nəfərə yaxın komandası mövcuddur.

Əvvəl rəqqasə kimi, sonra müğənni olan Sevda Sənaliyeva da sənətindən əlavə bizneslə məşğul olur. Belə ki, Sevdanın şirniyyat mağazası fəaliyyət göstərir.

Müğənni Manaf Ağayev isə toydan gələn gəlirlərini ev və maşına yatırır. Varlı müğənnilər sırasında adı hallanan Manaf bütöv toy oxumaqla yüksək gəlir əldə edir. Hətta müğənni 7 milyon miqdarında villa tikdirib.

Müğənni Elçin Hüseynovda sənətindən əlavə restoran rəhbəri vəzifəsinə sahibdir. Elçin bu işdə tək deyil, yaxın dostu Mətanət Əsədovanın şərikidir.

Müğənni Cavanşir Məmmədov varlıqlı şou əhli sırasındadır. Təbii ki, bu varlıq tək toy gəlirlərindən ibarət deyil. Müğənni avtomobil biznesi ilə məşğul olur.

Vizajist Nigar İbrahimovada biznesə atılan şou əhli sırasındadır. Belə ki, özünün ayrıca salonu olan Nigar eyni zamanda dünyanın məşhur markasının Azərbaycan üzrə nümayəndəsidir. Kosmetik mağaza sahibidir.

Müğənni Emil Bədəlovda biznesmendir. Belə ki, müğənni yenicə açılışını edən çay evinin sahibidir.

Müğənni Zamiq Hüseynovda biznes quran müğənnilər sırasındadır. Müğənni geyim mağazasının sahibidir. Sənətçinin sahib olduğu geyim mağazasını qardaşı idarə edir.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm