Sosial şəbəkəylə “kəbin kəsdirən” şou-biznes
Bizi izləyin

Tabloid.az

Sosial şəbəkəylə “kəbin kəsdirən” şou-biznes

Sosial şəbəkəylə “kəbin kəsdirən” şou-biznes

Həyatınızın düzənli və qaydasında olmasını istəyirsinizsə, 3 mavi işıqdan kənar olmalısınız. Bunlar tviter, facebook və instqramdır. Əvvəl məşhurlar kimlərinsə vastəsiylə sosial şəbəkədən istifadə edirdilərsə, 200 manat verərək rəsmi səhifələrini idarə edən axtarırdılarsa, hazırda müasir texnologiyanın sirlərini öyrəndiklərindən özləri facebook, instaqram, tviterdən çıxmaq bilmirlər. Bu sosial şəbəkəyə bağlanan, hətta “kəbin kəsdirən” məşhurlar da mövcuddur. Ən çox paylaşım edib status yazan məşhurları müəyyənləşdirməyə çalışdıq.

Xalq artisti Flora Kərimova tviter, instaqram, facebook, youtub kimi sosial şəbəkələrin ilk istifadəçilərindəndir. Ancaq sən demə, sosial şəbəkəni idarə edən özü deyilmiş. Onun profilindən istifadə edən şəxs yazışmalarda xalq artisti ilə məsləhətləşir.

Xalq artisti Faiq Ağayev facebookda profilini 1-2 həftəlik bağlasa da məcburən yenidən istifadə etməyə başlayıb. Xalq artisti bunun asılılıq hissinin yaradıb- yaratmadığını müəyyənlləşdirmək üçün bu addımı atdığını bildirir. Sosial şəbəkədə 386 mesaja cavab vermədiyini deyən xalq artisti bekar insanları dostuluğundan kənarlaşdırır.

Xalq artisti Aygün Kazımova isə instaqram və tviterdən özü istifadə edir. Iki saniyədə beş eyni pozada şəkil paylaşan müğənni sosial şəbəkədə atmaca atmaqdan qalmır. Aygün Brilliant Dadaşova, İlhamə Quliyeva, Natavan Həbibi, Ramal İsrafilov kimi simalarla elə sosial şəbəkədə davaya çıxaraq böyük qalmaqallar yaratmışdı.

Sosial şəbəkə ilə kəbin kəsdirən müğənnilər sırasında Elza Seyidcahan da var. Təkcə instaqram istifadəçisi olan müğənni geyimindən tutmuş aksesuarı və saç düzümünə qədər hər bir şeyi paylaşır.

Müğənni Roza Zərgərlini isə sosial şəbəkə üzrə “ekspert” adlandırmaq olar. Müğənni facebook, instaqram, odnoklassniki, kontakt, youtub, tviter kimi sosial şəbəkələrin istifadəçisidir. Müğənninin facebookda 14 min 890 nəfər izləyicisi var.

Sosial şəbəkədə aktiv olan məşhurlar sırasında prodüser Tolik aktivliyi ilə seçilir. Belə ki, video görüntülərini paylaşıb izləyiciləri ilə yaxşı əlaqə quran, fərqli imicdə fotolarını paylaşaraq günün olaylarına münasibət bildirən Tolikin instaqramda 65 min 209 nəfər istifadəçisi var.

Bu sosial şəbəkədən asılılığın yaradılması ilə bağlı psixoloq Dəyanət Rzayev belə söyləyir:

“Populyar insanlar sosial şəbəkədən istifadə etməsi normaldır. Bu bir müddətlikdir. Bir müddət aktiv olur, sonra həvəsdən düşürlər.

Sosial şəbəkədə psixi asılılıq da müvəqqətidir. Bu şəbəkədən asılı olan şou əhli dil ünsiyyətindən uzaqlaşacaqlar, danışanda çətinlik çəkə bilərlər. Sosial şəbəkə də eyni zamanda çox yaxşı bir reklamdır. Müğənni və şou əhli nümayəndələri də özləri üçün səhifələr yaradır, daha çox şəkillər paylaşırlar. Televiziya hər dəfə eyni müğənnini dəvət edə bilməz. Reklam üçün çox vaxt sosial şəbəkədən daha çox istifadə edirlər. Yenə də qeyd edim ki, bu müvəqqəti bir haldır”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm