Tanınmış aktyor yenidən filmə çəkilir - FOTO
Bizi izləyin

Tabloid.az

Tanınmış aktyor yenidən filmə çəkilir - FOTO

“Muradına çatan Günəş” və “Sənə inanıram” seriallarında baş rolları canlandıran kinoaktyor Ruslan Sabirli yenidən baş rolla tamaşaçıların görüşünə gəlir.

Bu barədə Publika.az-a Ruslan Sabirli açıqlama verib: “Bildiyiniz kimi “Sənə inanıram” serialı 24 seriya nəzərdə tutulmuşdu və çəkilişləri də artıq başa çatmışdı. Lakin, serial yüksək reytinq yığdığı üçün kanal tərəfindən davam etdirilməsi üçün sifariş daxil olub. Təbii ki, mənə də Həmid rolunu yenidən canlandırmaq üçün təklif gəldi və bu təklifi qəbul etdim. Pərəstişkarlarıma onu da demək istəyirəm ki, serial daha 10 seriya da uzadılacaq”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm