Məşhur restoranda porno film nümayiş etdirildi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur restoranda porno film nümayiş etdirildi - FOTOLAR

ABŞ-da yerləşən məşhur restoran şəbəkələrinin birində müştərilər böyüklər üçün nəzərdə tutulmuş filmə baxmalı olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, erotik film restoranın salonunda quraşdırılmış ekranda nümayiş olunub. Hadisənin hansı şəhərdə baş verməsi aydınlaşdırılmır.

Şahidlərdən biri olan Cerald Valen açıq səhnələri telefonu ilə çəkərək internetdə yerləşdirib. Lakin bəziləri filmin porno yox, ABŞ-da yayımlanan erotik “Əcnəbi” serialından olan fraqment olduğunu iddia edir.

Cerald restorana 9:30 radələrində arvad və iki uşağı ilə gedib. O, 6 yaşlı əkiz övladlarının qarşısında yayımlanan açıq səhnələrdən narahatçılıq hissi keçirib.

Restoran şəbəkəsi yaşanmış problemlə bağlı üzr istəyib və belə bir hadisənin bir daha baş verməyəcəyini deyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm