66 yaşlı primadonna doğum gününü qeyd edir
Bizi izləyin

Tabloid.az

66 yaşlı primadonna doğum gününü qeyd edir

Bu gün sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti Alla Puqaçovanın doğum günüdür. İstedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutan müğənni 66 yaşını qeyd edir.

Publika.az-ın məlumatına görə, 1949-cu ilin 15 aprelində Moskvada anadan olan Alla Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb.

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Alla Puqaçova bugünkü şəxsi bayramını İsraildə qeyd edir. O, hələ martın sonlarında kiçik uşaqları və dostu Alina Redellə bu ölkəyə istirahətə gedib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm