Hansı qidalar sellülit əmələ gətirir?
Bizi izləyin

Tabloid.az

Hansı qidalar sellülit əmələ gətirir?

Qadınların həyatını kabusa çevirən problemlərdən biri də sellülitdir. Lakin dərimizi hamarlaşdırmaq bizim öz əlimizdədir. Bunun üçün sadəcə nə yediyimizə fikir verməliyik. Tabloid.az Türkiyə mətbuatına istinadən sellüliti aradan qaldırmağın qaydalaırını t

Qadınların həyatını kabusa çevirən problemlərdən biri də sellülitdir. Lakin dərimizi hamarlaşdırmaq öz əlimizdədir. Bunun üçün sadəcə nə yediyimizə fikir verməliyik. Tabloid.az Türkiyə mətbuatına istinadən sellüliti aradan qaldırmağın qaydalaırını təqdim edir:

Az, lakin tez-tez yeməyə üstünlük verin, əsla ac qalmayın. Düzgün qidalanın və eyni növ qida qəbulundan uzaq olun. Aşağı kalorili və sağlamlığınıza mənfi təsir göstərəcək pəhrizlər saxlamayın. Səhər daha qüvvətli yeyin, axşam yeməyinizi daha yüngül etməyə çalışın. Çox sürətlə yeməyin. Kəpəkdən hazırlanmış çörəyə üstünlük verin. Axşam yeməyinizi çox gec saatda yeməyin. Qırmızı ət yerinə toyuq və balıq məhsulları, kərə yağı əvəzinə bitki yağı, qızartma əvəzinə buğlama, həmçinin suda qaynadılmış və ya sobada bişirilmiş xörəkləri qida rasionunuza daxil edin.

Hansı içkiləri qəbul etmək olar?

Səhər yuxudan oyandıqdan və axşam yatmazdan əvvəl ilıq suya limon şirəsi sıxıb için. Yemək yeməzdən 30 dəqiqə əvvəl 1-2 stəkan su için. Yemək yeyən müddətdə isə su içməyin. Çay, qəhvə, kola, spirtli içkinin istifadəsini azaldın. Təzə sıxılmış meyvə suyu və bitki çaylarına üstünlük verin.

Dəriniz üçün etməli olduqlarınız:

Tərkibində soya lesitini (PPC) olan kremlərdən istifadə edin. Sellülit olan nahiyəni mütləq masajı edin, masajı duşdan çıxdıqdan sonra edin. Kisələnin, duş qəbul edin. İstifadə etmək istədiyiniz cihazların hansı tip sellülitə təsir etdiyin və sağaltma üsulunu mütləq öyrənin.

Sağlam həyat tərzi

Həftədə 4-5 gün 30-45 dəqiqəlik sürətli yerişlə yerimək lazımdır. Müntəzəm idman hərəkətləri etməyə çalışın. Yeməkdən sonra dişlərinizi fırçalayın. Qan dövranını pozduğu və qanda oksigen faizini azaltdığı üçün siqaret çəkməyin. İdeal çəkidə olduğunuz şəkillərdən birini soyuducuya yapışdırın. Gün ərzində yediklərinizi mütləq qeyd edin. Həftədə bir dəfə çəkinizi ölçün. Hər gün hündür daban ayaqqabılar və dar paltarlar geyinməyin.

Qidalanma vərdişi

Şəkər və duzdan uzaq durun. Duz qəbulunu və yemək porsiyanızı azaldın. Sağlam qidalanaraq sellüliti azalda bilərsiniz. Şəkəri və şirniyyatını menyudan çıxarın. Ən azı azaltmağa cəhd edin. Çünki şəkər yağ toxumalarına yığılır və onların genişlənməsinə səbəb olur.

Daha sonra duzu azaldın. Duzun tərkibindəki natrium bədənin su ehtiyacını azaldır və beləcə sellülitin yaranmasına gətirib çıxarır. Gün ərzində 6 çay qaşığından daha çox şəkər, 200 qramdan artıq duzlu qida qəbul etməyin.

Səhər yeməyinə kətan toxumu əlavə edin. Kətan toxumu kollagenlərin inkişafı artırır. Kollagen isə öz növbəsində dərini gücləndirib, sellülitin yaranmasına mane olur. Kətan toxumunu qatığa 2 yemək qaşığı əlavə edərək yeyə bilərsiniz.

Hər gün 8-10 stəkan su için. Su dərinin altında gizlənən yağların və sellülitin yox olmasına kömək edir. Yağları və toksinləri bədəndən xaric edir. Həmçinin dərinin nəm balansını qoruyub yaşlanmasını gecikdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm