Polşa qırıcıları Rusiyaya görə HAVAYA QALDIRILDI
Bizi izləyin

Avropa

Polşa qırıcıları Rusiyaya görə HAVAYA QALDIRILDI

Polşa Silahlı Qüvvələrinə məxsus qırıcılar Rusiyanın intensiv hərəkətlərinə görə havaya qaldırılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin əməliyyat komandanlığı "X" sosial şəbəkəsində məlumat verib.

Bildirilib ki, mayın 8-nə keçən gecə Rusiya uzunmənzilli aviasiyasının Ukraynadakı hədəflərə raket hücumları ilə bağlı intensiv aktivliyi qeydə alınıb.

"Polşa və müttəfiqlərin təyyarələri hava məkanında fəaliyyətə başlayıb ki, bu da səs-küy səviyyəsinin artmasına səbəb ola bilər", - silahlı qüvvələrin komandanlığı xəbərdarlıq edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm