Dəbdəbəli saç aksessuarları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dəbdəbəli saç aksessuarları - FOTOLAR

Qadın üçün saç aksessuarları ilk dəfə olaraq Qədim Misirdə yaranmağa başlayıb. Bunun sübutu saçları yığmaq üçün istifadə edilən lentlərin fironların qəbirlərindən tapılmasıdır. Qədim Yunanıstanda dəbə minən saç aksessuarıları sonralar digər xalqlar arasın

Qadın üçün saç aksessuarları ilk dəfə olaraq Qədim Misirdə yaranıb. Bunun sübutu saçları yığmaq üçün istifadə edilən lentlərin fironların qəbirlərindən tapılmasıdır. Qədim Yunanıstanda dəbə minən saç aksessuarıları sonralar digər xalqlar arasında da yayılmağa başlayıb. Geniş baş yaylıqları muncuq və müxtəlif elementlərlə bəzədilirdi. Onları ancaq subay qızlar taxardı. 60-cı illərin ortalarında saç bantları “hippi” üslubunun ən məşhur detalına çevrilir. Onda saç bantları rəngarəng saplardan və dəridən hazırlanırdı.

Saç bantları bütün dövrlərdə özünəməxsus məna kəsb edirdi və ilk nəzərə çarpan detal olduğu üçün diqqətdən kənarda qalması mümkün deyildi.

Bu aksessuarı universal da hesab etmək olar. Onlar hər üz tipinə, geyim tərzinə və saç düzümünə yaraşır. Saç bantları vizual olaraq öz cizgilərini vurğulamaq istəyənlərə məsləhət görülür. Alnı kiçik olanlar saç bantları vasitəsi ilə onu böyük göstərə bilərlər. Əgər alnınız kifayət qədər böyükdürsə, onu saç bantları vasitəsi ilə kiçik göstərə bilərsiniz. Sadəcə alnın ortasından nazik lentlər taxa bilərsiniz. Nazik lentləri alın xəttindən yuxarıda saçın altından taxmaq olar.

Saç lentləri təkcə nazik və qalınlığı ilə fərqlənmir. Eyni zamanda, müxtəlif tərzlərdə olur. Retro tərzində olan saç lentləri güllü və ipək parçalardan tikilir. Saç bantlarını idman üslubu ilə geyinmək olar. İdman üslubunda taxılan lentin parçası birrəngli də ola bilər, üzərində həndəsi və qrafik təsvirlər də ola bilər.

Gündəlik istifadə edilən saç bantları isə əsasən, pambıq parçadan tikilir. Təmtəraqlı saç düzümləri daha çox muncuqlu, müxtəlif daş-qaşlarla tikilən saç bantları ilə bəzədilir. Saç bantları ilə gəlin saçlarını da bəzəmək mümkündür. Gəlin aksessuarları açıq rəngli krujuvedan tikilir, üstü isə mirvari ilə bəzədilir.

Saç bantlarının digər üstünlüyü ondan ibarətdir ki, onu istənilən saç uzunluğu ilə taxmaq mümkündür. Qısa saçlı qızlar saçına abadokla bəzək vura bilər. Saç bantlarını başa bağlamaqla birlikdə, hörüklə də istifadə edə bilərsiniz. Uzun saçlarda saç bantlarından istifadə etməyin variantları daha çoxdur. Dekorativ saç bantları uzun saçlarda çox gözəl görünür. Saç bantları istifadə edərkən saçı açıq qoymaq şərt deyil. Tarım yığılmış, yaxud dağınıq toppuz modeli ilə də saç bantları əla görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm