Kişilərin gözünü çəkə bilmədiyi dekolte dəbi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Kişilərin gözünü çəkə bilmədiyi dekolte dəbi - FOTOLAR

2014-cü ilin yeni dəbindən biri də zərif qadın çiyinlərini örtməyən, çiyin dekolteli köynək modelləridir. Qayıq yaxalıqlı köynəklər 90-ci illərin dəbində olub. Bohem üslubunun bu mövsüm aktual olduğunu nəzərə alsaq, bol qayıq yaxalıqlı geyimlərin daha çox

2014-cü ilin yeni dəbindən biri də zərif qadın çiyinlərini örtməyən, çiyin dekolteli köynək modelləridir. Qayıq yaxalıqlı köynəklər 90-ci illərdə dəbdə olub. Bohem üslubunun bu mövsüm aktual olduğunu nəzərə alsaq, bol qayıq yaxalıqlı geyimlərin daha çox dəbdə olduğunu deyə bilərik. Minimalizm qaydalarının qorunduğu qaraçı geyimlərinə oxşayan sarafanlar, zərif modellər 2014-cü ilin ən sevilən dəbi olacaq.

Bu tərz köynəklər bütün diqqəti gözəl çiyinlərə və körpücük sümüklərinə yönəldir. Zərif dekolte yay sarafanlarında da özünü kəskin şəkildə göstərir. Qayıq yaxalıqlı libaslara dünya ulduzları da qırmızı xalıda üstünlük verirlər, bu, küçə dəbində də özünəməxsus yer tutur.

Tək çiyin detalı sarafanlarda da özünə yer edə bilib. Açıq çiyin dəbində güpürün də özünəməxsus yeri var. Çiyin dekoltesinə müraciət etmisinizsə və saçınız çox uzundursa, onu dağınıq toppuz yığmaq tövsiyə olunur. Çünki bu zaman çiyinlər daha cazibədar görünür. Zərif çiyinlərin bəzəyə ehtiyacı olmasa da, bir neçə nazik boyunbağı taxmaqla onu daha da əsrarəngiz bilərsiniz. T

Tabloid.azən dəbli çiyin dekoltesinə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm