Bred Pitt Miranda Kerrlə eşq yaşayır?
Bizi izləyin

Tabloid.az

Bred Pitt Miranda Kerrlə eşq yaşayır?

Model Miranda Kerrin Ancelina Colinin nişanlısı Bred Pittlə eşq yaşadığı iddia olunur

Model Miranda Kerrin Ancelina Colinin nişanlısı Bred Pittlə eşq yaşadığı iddia olunur.

İddialara səbəb modellə məşhur aktyorun tez-tez dəvətlərdə bir araya gəlmələri və birlikdə görüntülənmələridir.

İddialarla bağlı “Vogue” jurnalına açıqlama verən Kerr belə dedi-qoduların onu narahat etdiyini bildirib:

“Bred Pittlə bir dəfə qarşılaşmışam. Prodüsserim iddialara cavab verməyimi istədi, amma mən heç bir açıqlama vermədim. Ehtiyac olmadığını düşündüm, çünki bu dedi-qodular çox absurd səslənir".

Bir həftə əvvəl isə Mirandanın avstraliyalı iş adamı Ceyms Pekerlə sevgili olduğu xəbərləri yayılmışdı.

Seksual model “Vogue”-a verdiyi müsahibədə bu məsələyə də toxunub və Ceymslə sadəcə dost olduqlarını deyib: “Ceymsi çoxdandır tanıyıram. Ancaq sadəcə dostuq. Hazırda həyatımda heç kim yoxdur və bunun dadını çıxarıram”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm