Tabloid.az
Əməkdar artist: “Mən nə bozbaş bişirən olmuşam, nə də saç ustası”
Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Naibə Allahverdiyeva filmə çəkilməməsindən gileyləndi.
Giley-güzarını barədə fikirlərini bölüşən aktrisa filmə çəkilməməsini, heç olmasa, mahnı oxumaqla kompensasiya etdiyini dedi: “Məni sevən insanlar öz məclislərinə çağırırlar. “Əli xınalı gəlin” mahnımı indiki qızlar, gəlinlər çox bəyənir. İndi bəzi insanlar deyəcək ki, bu da başlayıb oxumağa. Bunu demək ayıbdır. Çünki mən nə bozbaş bişirən olmuşam, nə də saç ustası işləmişəm. Mən incəsənət adamı, aktrisayam”.
Dünya təcrübəsində aktrisaların oxuduğunu, müğənnilərin filmlərə çəkildiyini deyən əməkdar artist bizdə buna pis baxıldığını dedi: “Aktrisa oxumalıdır da, saç ustası oxumayacaq ki? Mən universitetə daxil olanda vokaldan imtahan vermişəm, dörd il vokaldan dərs almışam. Amma çox qəribədir ki, müğənnilərin seriala çəkilməyinə pis baxmırlar”.
Aktrisa indiyədək cəmi bir mahnı yazdırıb, o da “Əli xınalı gəlin” mahnısıdır. N.Allahverdiyeva bu gün daha çox xınayaxdı məclislərinə dəvət aldığını dedi.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu