Tabloid.az
Uşaqları Günəşdən qorumağın yolları
Günəşin təsirləri uşağınızın sağlamlığı üçün ciddi təhlükədir. Çünki, uşaqlar yay aylarında saatlarla Günəşin altında oynayırlar, hovuzda və ya dənizdə vaxt keçirirlər. Bəzən hətta Günəş şüalarının təsiri nəticəsində huşunu itirənlər də olur.
Ultrabənövşəyi Günəş şüaları dəriyə zərər verir və gələcəkdə qırışlar, hətta ciddi dəri xəstəliklərinə səbəb olur.
Bu baxımdan Günəşdən qorunmaq yollarını mütləq bilməlisiniz.
Körpənizi çölə çıxararkən ona mütləq günəşdən qoruyucu krem çəkin. Kremi çölə çıxmadan 15-30 dəqiqə əvvəl sürtün və 2 saatda bir yeniləyin. Əgər uşağınız üzürsə, kremdən tez-tez istifadə etmək olar.Uşağınız məktəbə və ya bağçaya gedirsə, müəllimlərini bu mövzuda məlumatlandırın.
Günəşdən qoruyucu krem Günəşin zərərlərindən tam qoruya bilmir. Ona görə də, saat 11-16 arası çölə çıxmamaq daha doğru bir seçimdir. Tünd rəngli geyimlər günəş şüalarına qarşı daha yaxşı qorumanı təmin edir. Geyimləri Günəşə tutduqda içindən günəş şüaları keçməməlidir.
Üzün üzərinə kölgə salan şapka, ultrabənövşəyi şüaları bloklayan günəş gözlüyü də Günəşdən qorunmaq üçün əla vasitələrdir.
Uşaq günəş yanıqlarına məruz qalıbsa və dərisinə su toplanıbsa,
ilk yardım olaraq bunu tətbiq edə bilərsiniz:
- Yanığa soyuq kompressi qoyun;
- Aloe krem çəkin. (Kremi çəkmədən öncə bir neçə dəqiqə soyuducuda
saxlayın);
- Uşağın bol maye içməsini təmin edin;
- Uşağınız özünü yenə də pis hiss edərsə, qızdırması olarsa mütləq
tibbi yardım alın.
Tabloid.az
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...