Tabloid.az
Ölmək istəyirsizsə, çipsi yeyin!
Cipsi xərçəng, köklük, diabet, sonsuzluq, qaraciyərin funksiyasının pozulması, alzheymer, parkinson və ürək xəstəliklərinə səbəb olur.
Sevə-sevə yediyimiz, dadından doymadığımız çipsi nədən və necə
hazırlanır? Onların nə kimi zərəri var?
Öncə bildirək ki, çipsi iri kapitalist ölkələrin məhsuludur.
Tibb alimləri hesab edirlər ki, çipsi orqanizm üçün zərərli
hesab edilən qidalardandı. Hormonal tərkibli olan çipsilərin
tərkibindəki müxtəlif qatqılar bir sıra xəstəliklərə səbəb
olur.
Xərçəng, köklük, diabet kimi xəstəliklər yaradan çipsidə kalorinin
miqdarı normadan bir neçə dəfə çoxdur. Ekspertlər çipsinin
tərkibindəki akrilamid maddəsindən plastik materialların
hazırlanmasında istifadə edildiyini qeyd edirlər. Həmin maddə
tütünün də tərkibində mövcuddur.
Çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda (36 dərəcə) ərimir. Bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır. Bu da öz növbəsində xərçəng, köklük, diabet, sonsuzluq, qaraciyərin funksiyasının pozulması, alzheymer, parkinson və ürək xəstəliklərinə səbəb olur.
Araşdırmalara görə, mütəmadi çipsi yeyən bir uşaq ildə 9 kilo
yağ qəbul etmiş olur. Ümümdünya Səhiyyə Təşkilatı ilə Amerika Qida
Təşkilatının (FDA) açıqlamasına görə, insan gün ərzində ən çox 6
qram duz, 65 qram yağ qəbul edə bilər. FDA gündəlik duz
istifadəsinin göstərilən rəqəmlərdən 3 qram artıq olması halında
infarkt və iflic riskinin 2 dəfə artacağı xəbərdarlığını edib.
ABŞ-ın Kaliforniya Universitetinin də araşdırmaları yağdan çox
istifadə edənlərdə köklük riskinin 80%, ürək xəstəlikləri riskinin
isə 60% çoxaldığını göstərib. İngiltərə Ürək Sağlamığı Vəqfi (BHF)
35 qramlıq çipsidə 2 çay qaşığı yağ olduğunu aşkarlayıb. Bu halda
gündə 1 paket çipsi yeyən bir uşağın qəbul etdiyi yağ normadan çox
olur.
“American Journal of Clinical Nutrution” adlı jurnalda isveçli
və polşalı tədqiqatçıların apardığı araşdırmanın qorxuducu
nəticələri yayımlanıb. Belə ki, mütəxəsislər araşdırma üçün
seçilmiş 40 nəfərdən 4 həftə ərzində hər gün 160 qram çipsi
yemələrini istəyiblər. Bir ayın sonunda araşdırmada iştirak
edənlərin qanlarında akrilamid maddəsinin toplandığı, qandakı
oksigen radikallarının çoxaldığı və ağ qan hüceyrələrinin
aktivləşdiyi müşahidə olunub.
Çipsinin tərkibinin 13%-i yağdır. Hər gün bir paket çipsi yeyən
insan 1 il ərzində təkcə bu qidadan 5 litr yağ qəbul edir.
Mütəxəsislər ən azı siqaret qədər təhlükəli olan trans yağların
istifadə olunmasına qarşı çıxırlar. İngiltərəli, amerikalı alimlər
siqaretdə olduğu kimi çipsi paketlərinin də üstündə “sağlamlığa
zərərlidir” sözlərinin yazılmasını tələb edirlər.
Çipsi ən gəlirli biznes sahələrindən biridir.
Məşhur çipsi markası “Lay`s”-ın 2011-ci ildəki dövriyyəsi 8,9
milyard dollar həcmində olub. “Lay`s” ötən il bir nömrəli qida
brendi olub. Hər il dünyada 40 milyard paket çipsi satılır. Qonşu
Türkiyədə çipsi ildə 800 milyon dollar gəlir gətirir. Bütün bunlar
onun satışına qadağa qoyulmasına maneə olur. Bununla belə, alimlər
sağlamlığa zərəri olmayan çipsilərin istehsalı üçün araşdırmalara
başlayıblar. Yaxın vaxtlarda bu ləzzətli qidaların zərərsiz növü
istehsal ediləcək.
Hələlik isə çipsi alarkən paketlərin üzərini diqqətli oxumaq və
düzgün seçim etmək tövsiyə olunur. Çünki bütün çipsilər zərərli
olsa da, bəzi firmaların məhsulları daha təhlükəlidir. Belə ki,
paketin üzərinə pomidorlu və ya pendirli əvəzinə pomidor aromalı
yazırsa, həmin çipsiləri almayın. Çünki belə çipsilərdə daha çox
kimyəvi maddələr olur.
Tabloid.az
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?