Tabloid.az
İdeal makiyaj üçün düzgün kirşanı necə seçməli?
İdeal makiyaj üçün düzgün kirşan seçimi çox önəmlidir. Çox vurğulanan üz qadınları bəzən cazibədar göstərmək yerinə, üzünə maska taxmış kimi göstərə bilər. Bəs düzgün kirşanı necə seçmək lazımdır? Kirşan seçimində nələrə diqqət etmək lazımdır?
Səhvsiz variant şəffaf, yəni rəngsiz kirşan seçməkdədir.
Onu istənilən halda istifadə etmək olar. Üzünüzə tonal krem
vurmusunuzsa, kirşanın rəngi ona çox yaxın, uyğun olmalıdır. Üzə
kirşan vurmamışdan öncə mütləq üzdəki yağı quru salfetlə silmək
lazımdır. Üzdə kirşanın hamar durması üçün onu üzə vurmamışdan öncə
fırça və ya süngərə azca kirşan əlavə edib bir az silkələmək
lazımdır ki, artıq kirşan üzərindən çıxsın. Yaxud əvvəlcədən
nəmləndirici krem çəkmək olar. Krem dəriyə yaxşı hopduqdan sonra
kirşanı üzünüzə çəkin. Üzdə ən çox alın, burun və çənə hissələri
kirşanla vurğulamaq lazımdır.
Problemli dəriyə necə kirşan vurmaq?
Həssas və problemli üzlər üçün məxsusi kirşanlar mövcuddur, onların tərkibində üzü qıcıqlandırıcı maddələr olmur. Belə hallarda süngər, fırça əvəzinə bir dəfə istifadə edib ata bildiyiniz pampıq parçasından istifadə etməyiniz məsləhətdir.
Hansı kirşanlardan uzaq durmaq lazımdır?
Rəngli kirşanları sınaqdan keçirtmək məsləhətli deyil. Çəhrayı, yaşıl, açıq qızılgül rəngli və sarı tonlu kirşanlar peşəkar vizajistlər tərəfindən istifadə edilir. Onlardan istifadə edib xüsusi effekt əldə etmək xüsusi bacarıq tələb edir. Qızılı və gümüşü parıltılı kirşanları alın nahiyəsinə vurmaq olmaz. Onları yalnız gecə makiyajında istifadə etmək olar və üzün yuxarısında sümük yerlərə, qollara, sinəyə vurmaq olar. Tünd rəngli (bronze) kirşanları gözətrafı zonalara vurmaq olmaz.
Tonal kremsiz mümkün deyil!
Müasir zamanda dəbə uyğun olan mükəmməl makiyaj tonal kremsiz mümkün deyil, ən əsası da payız-qış aylarında. Amma keyfiyyətli və yaxşı tonal krem tapmaq kifayət deyil, bundan düzgün istifadə etmək də lazımdır. Vizajistlər söyləyirlər ki, qadın hansı yaşda olursa olsun ideal makiyajda üz tamamilə saf və təmiz görünməlidir. Bir sözlə, üzünüzdə ləkələr yoxdursa, problemlər yoxdursa, bu o demək deyil ki, tonal kremdən istifadə etməməlisiz.
Əvvəllər mütəxəsislər söyləyirdilər ki, öz dərisindən tünd rəngli kosmetikaya birdən keçmək olmaz. İndi bu, o qədər də aktual deyil, çünki insanın dərisindən tünd, amma çox da gözə çarpmayan kosmetik məhsullar mövcuddur. Əgər siz üzünüzə tünd rəngli kirşan və makiyaj vurmaqdan çəkinirsizsə, tünd rəngli kirşanı alın, çənə, burun ucu və üzün yuxarı hissəsində olan sümük yerinə vura bilərsiz. Çünki, ilk olaraq üzdə o yerlər qızarır.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?