Zaurun çırıq şalvarı – Fotolar
Bizi izləyin

Tabloid.az

Zaurun çırıq şalvarı – Fotolar

Hazırda “Fort Boyard” layihəsindən dolayı Fransada olan Zaur Baxşəliyev maraqlı geyimləri ilə diqqət çəkir.

Hazırda “Fort Boyard” layihəsindən dolayı Fransada olan Zaur Baxşəliyev maraqlı geyimləri ilə diqqət çəkir.

Tabloid.az xəbər verir ki, ötən verilişlərin çəkilişində Zaur ilk dəfə ağ, cırıq şalvarda olub.

Xatırladaq ki, artıq ikinci dəfə ATV kanalında lisenziyalı məşhur “Fort Boyard” televiziya şousuna start veriləcək.

Fransada Azərbaycan məşhurlarının iştirakı ilə start götürəcək tanınmış macəralı “Fort Boyard” tele-şousunun çəkilişləri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATV telekanalı tərəfindən aparılır.

“Fort Boyard”ın Azərbaycandan olan ulduz iştirakçıları artıq Fransadadırlar. Layihə iştirakçıları arasında ATV telekanalının aparıcıları Afaq Gəncəli, Nərgiz Vahabqızı, Günay Firudinqızı, Kəmalə Piriyeva, Rüfət Ağayev, Kamilə Babayeva, aktyorlar Elşən Orucov, Ramin Babayev, Fərda Xudaverdiyev, əməkdar artist Vəfa Zeynalova, müğənni Günay İbrahimli, Nadir Qafarzadə, Xəyyam Nisanov, Elnur Məmmədov, Rəqsanə İsmayılova, Samir Cavadzadə, Elmir, rejissor Fuad Əlişov və başqaları iştirak edir.

“Fort Boyard” dünya şöhrətli televiziya şousudur. Burada hadisələr Biskay körfəzində, Primorskaya Şaranta sahillərindəki Boyard fortunda cərəyan edir. Proqram ilk dəfə olaraq 1990-cı ildə Fransanın “Antenne 2” telekanalında nümayiş olunub. Proqramın çəkilişləri 19-cu əsrdə Fransa sahillərində, Eks və Oleron adaları arasında tikilmiş qalada aparılır.

Bu beynəlxalq layihənin lisenziyalı versiyasının aparıcıları Zaur Baxşəliyevlə Mətanət Əliverdiyevadır.

Xatırladaq ki, ilk verilişin aparıcısı da məhz Zaur Baxşəliyev olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm