• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Günel Afaqı iyrənc milçək adlandırdı

Günel Afaqı iyrənc milçək adlandırdı

Afaq Aslanla Günel Məhərrəmova arasında qalmaqal daha da alovlanır.

Günel Məhərrəmova Tabloid.az-a açıqlamasında A.Aslanın onun haqqında söylədiklərinə yenidən şərh verib.

“Hamı kimin necə olduğunu görür. O, murdar müsahibə verib, camaatı özünə güldürür. Mən şou-proqrama 200, toya isə 2500 manata gedirəm. O, öz qiymətini mənə qoyur. Mən onun kimi səviyyəsizin, alçağın, iyrənc milçəyin səviyyəsinə düşmək istəmirəm. Onun mənim haqqımda dediklərinə gəlincə, vəkilim lazım olan tədbirləri görəcək və o, gəlib, ayaqlarıma düşüb, məndən üzr istəyəcək. Belə əxlaqsız, ağzının danışığını bilməyən, biri müğənni olmaq istəyib. Səhnələri çirkaba bulayan murdar əskiləri nahaq efirlərə buraxırlar. Mədəniyyət və turizm nazirimizdən, görkəmli sənətkarlardan xahiş edirəm ki, belə murdar məxluqları birdəfəlik səhnələrdən uzaqlaşdırsınlar”.

Günel Məhərrəmova hesab edir ki, o, sözünü demiş, mənliyini qoruyan, səviyyəsini saxlayan böyüklərə, qocalara hörmət qoyan müğənnidir. Ona görə də istəmir ki, sənətimə bu formada xələl gəlsin:

“İnsanların məni necə tanıdığı isə bəllidir. Günel dövlətini sevən, mühüm tədbirlərdə iştirak edən, öz şəxsiyyətinə hörmət qoyan bir müğənnidir. Mən dövlət səviyyəli tədbirlərdə çıxış edəndə o, harada idi? İndi hardansa çıxıb, haqqımda murdar sözlər deyir. Onun əxlaqı da, tərbiyəsi də göz önündədir”.

Qeyd edək ki, bir neçə günüdür Afaq Aslanla Günel Məhərrəmli arasında qalmaqal yaşanır.

Qalmaqala səbəb Afaqın Günelə qarşı “zövqsüz müğənni”, “artıq çəkili” və “qabyuyan işləsin” kimi ifadələr işlətməsi olub.

Qarşı tərəfə cavab verən Günelin söylədikləri isə söz davasının daha da kəskin forma almasına rəvac verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR