Tabloid.az
Dəriyə uyğun saç rəngi necə olmalıdır? - Fotolar
Əgər saçlarınızı hansı rəngə boyadacağınıza qərar verə bilmirsinizsə, bədən rənginə uyğun olan çaları seçin. Saç rəngi seçimi hamımızın ən çox çətinlik çəkdiyi mövzudur. Ya bəyəndiyimiz saç rəngini tutdura bilmərik, ya da istədiyimiz saç rəngi bədənimizə uyğun gəlmir. Dəri rənginə uyğun gələn saç rəngləri və hansı rənglərdən uzaq dayanmalı olduğunuzu bilmirsiniz? Tabloid.az dəri rənginə uyğun saç rənglərini təqdim edir:
Əsmər dərili xanımlar: Sarı saçdan uzaq durmalısınız. Ancaq tünd qəhvəyi və ya şabalıdı tonlara boyaya bilərsiniz. Əgər bədən rəngləri çox tünd deyilsə mis rəngində tonlarını sınaqdan keçirə bilərlər. Çox tünd rəngli əsmər xanımlara ən uyğun saç rəngi qara və ya qırmızı tonlarıdır.
Qarabuğdayı qadınlar: Qarabuğdayı rəngli qadınlara yaraşan saç rəngləri açıq qəhvəyi, şabalıdı və qızıl sarısıdır. Radikal bir dəyişiklik istəyənlər isə alov qırmızısını sınaqdan keçirə bilərlər.
Ağbəniz xanımlar: Çox açıq sarı saçlar ağ bədənli qadınların üzlərinin solğun görünməsinə səbəb olar. Qızılı, qəhvəyi, sarı, kürən rəngləri ağ dərili xanımlara çox yaraşır.
Həddindən artıq solğun dərili xanımlar: Həddindən artıq tünd və qızılı tonlardan uzaq olmalısınız. Çünki üz dərisinin çox sərt görünməsinə səbəb ola bilər. Bu dəri tipinə sahib olan qadınlar qızılı, fındıq qabığı və ya şokolad rənglərinə üstünlük verə bilərlər.
Çəhrayı dərili xanımlar: Çəhrayı yanaqlı xanımlara yaraşan saç rəngləri kül rəngləri və şabalıdı tonlarıdır. Çəhrayı yanaqlı qadınlar qırmızı saç tonlarından uzaq durmalıdırlar. Olduğunuzdan daha qırmızı yanaq görünmək istəmirsinisə, qumral, şabalıdı və kül rənglərinə boyaya bilərlər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu