Qadınların vaz keçilməzi: qara donlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Qadınların vaz keçilməzi: qara donlar - Fotolar

Qadınların vazkeçilməzi: qara donlar - Fotolar

Qara rəng hər nə qədər matəm, yas əlaməti hesab olunsa da, qadın qarderobunun şah rəngidir. Məhz bu rəngdə biçilmiş qara donda xanımlar daha cazibədar, zərif və incə görünür. Qara rəngə təkcə kök xanımlar arıq görünmək üçün müraciət etmir. Nərmə-nazik xanımlar da sevə-sevə qara rəngi seçirlər. Kişilər isə nahaq yerə, qara don geyinən qadınların daha seksual göründüyünü iddia etmirlər. Çünki qara ehtirası və şəhvəti ifadə edir.

Qısa, qara don moda tarixinin ən məşhur və vacib geyim əşyasıdır. Qara paltarların doğulmasının rəsmi günü 1926-ci il oktyabrın 1-dən hesablanır. Məhz həmin tarixdə “Vogue” jurnalında qara ipəkdən hazırlanmış qara don modeli peyda olur. Paltarın müəllifi əfsanəvi qadın, dahi modelyer Koko Şaneldən başqa kimə aid ola bilərdi ki?

Qara, qısa donların dəb tarixinə təntənəli gəlişi XX əsrə aiddir. Koko Şanelin inqilabi əsəri 1926-cı ildə “Vogue” jurnalında təqdim olunur. Poul Poire (Fransanın yüksək səviyyəli moda qurucusu) Şanelin geyimini matəm geyimi adlandırır. “Vogue” jurnalının uzaqgörən jurnalistləri isə geyimi, avtomobil sənayesindəki “Ford” markalı maşınla müqayisə edirlər. Artıq 30-cu illərdə kiçik qara paltar Elsa Schiaparellinin simasında moda dünyasında öz sözünü deyir. 40-50-ci illərdə bütün qadın jurnalları xorla qara, qısa donun rahatlığı haqqında danışırdı, xanımlar isə böyük həvəslə qara libaslar geyinməyə başlayırlar. Neytral tonların hesabına o, ən müxtəlif obrazlar üçün baza olur. Tamamilə müxtəlif dövrlərin DƏB İLAHƏLƏRİ: Merlin Monro, Odri Hepberin, Tviqqi, Cin Şriptoun, Ceyn Birkin və Madonna kimi ulduzlar kiçik qara donu daha da məşhurlaşdırırlar.

Rəng çalarları dəbdə düz ildə iki dəfə dəyişir: gah solğun, gah daş-qaşla zəngin olan al-əlvan, gah da əlvan və parlaq rənglərlə əvəz olunur. Ancaq qara rəng öz yerini heç kimə vermir. Dizaynerlər üçün qara rəng heykəltəraşın xam məhsulu - gil kimidir. Hansı ki, ondan həm klassik, həm avanqard, idman və ziyafət, rok və romantik kimi üslublarda modellər hazırlaya bilərlər. İndi bütün moda ustaları öz kolleksiyalarında qısa, qara donlardan istifadə edirlər və bu onların ilham mənbəyidir. Tabloid.az məşhur moda evlərinin yeni kolleksiyalarında təqdim olunan qara donları təqdim edir:

Bəs sizin qarderobunuzun şah əsəri hansı geyimdir? Hansı biçimdə tikilmiş qara donlara üstünlük verirsiniz?

{s:'/upload/iblock/cf7/cf7f5cf5ba31cd003a445a4ee2732c5b.jpg',t: ''}

{s:'/upload/iblock/db3/db34694de652f61f523c14d17bed4af4.jpg',t: ''}

{s:'/upload/iblock/2dd/2dd5b71e3d22dab3c828b899cb2203bd.jpg',t: ''}

{s:'/upload/iblock/281/2816778f874d0ede07aa5905d0725f3c.jpg',t: ''}

{s:'/upload/iblock/03d/03d67cc11353b9ae718b80a5d3fa6e04.jpg',t: ''}

{s:'/upload/iblock/4c1/4c1c7dfac70610c2f4c7745dbecd4022.jpg',t: ''}

{s:'/upload/iblock/152/15213b87e817d7fcc71444ac3bdfd5a4.jpg',t: ''}

{s:'/upload/iblock/8c9/8c998acb1be294b96241f890764ebbf8.jpg',t: ''}

{s:'/upload/iblock/d45/d456c9ed9f65cf21a0173748eb919ab2.jpg',t: ''}

{s:'/upload/iblock/2b8/2b8e267332421c55d5e196f3b13fd0f4.jpg',t: ''}

{s:'/upload/iblock/019/01952e5be4ce71025cc5cabccdc11694.jpg',t: ''}

Oxumağa davam et
Reklam
Reklam

Gündəm