Uzaq durmalı olduğunuz 7 trend - Fotolar
Bizi izləyin

Tabloid.az

Uzaq durmalı olduğunuz 7 trend - Fotolar

İdeal bədən quruluşuna sahib olmadan bəzi geyimlərdən uzaq dayanmalıyıq. Ümumiyyətlə, geyim seçərkən bədən quruluşu mütləq nəzərə alınmalıdır. Təəssüf ki, dizaynerlər geyimlərini ideal model bədən ölçülərinə uyğun təqdim edirlər.

İdeal bədən quruluşuna sahib olmadan bəzi geyimlərdən uzaq dayanmalıyıq. Ümumiyyətlə, geyim seçərkən bədən quruluşu mütləq nəzərə alınmalıdır. Təəssüf ki, dizaynerlər geyimlərini ideal model bədən ölçülərinə uyğun təqdim edirlər. Tabloid.az qüsursuz bədənə sahib olmayan qadınların nələrdən uzaq durmalı olduğu siyahı tərtib edib.

Hər kəsdə xoş dayanmayan geyimlər bunlardır:

Pançolar üst hissəni daha həcmli göstərdiyi üçün onu hətta səyahət edərkən də geyinmək tövsiyə edilmir. İdeal çəkiyə qovuşana qədər ondan maksimum uzaq gəzməlisiniz. Pançolar əsasən uzun boylu və incə belli xanımlarda gözəl qalır.

Beli aşağıda olan şalvarlar bəzi qadınları moda qurbanına çevirir. Üst hissəsi bol olan modellər beli aşağı olan şalvarların ən pis versiyasıdır. Ayaqlar, tökülən modelin içində qəribə formada dayanır. Beli aşağı olan şalvarlar trend olsa da, artıq çəkili xanımların gözəl görünməsinə mane olur.

Toxunma fiqarolar qolları olduğundan daha qalın göstərmək qabiliyyəti ilə seçilir. Eyni zamanda, sinədə bağlanan fiqaro modelləri də bədəni xoş göstərmir. Seçdiyiniz parçanın modeli qədər rəngi də əhəmiyyət kəsb edir.

Lasinlər çox rahat olsa da, parlaq modellərin bütün dövrlərin ən uğursuz versiyası olmasını qəbul etməlisiniz. Parıltı verdiyi üçün bu cür lasinlər ayaqların daha qalın görünməsinə səbəb olur.

Qat-qatlı geyimlər xoşunuza gəlsə də, bütün bədən tiplərinə uyğun gəlmir. Sinə hissəyə əlavə olunan qatlar və volanlar isə qarın bölgəsini həddindən artıq iri göstərir.

Məxmər köynəklər parlaq lasinlərlə eyni təsirə malikdir. Yuxarı hissəni böyük göstərdiyi üçün dolabınıza sızmasına icazə verməyin. Əgər daha kök görünmək istəmirsinizsə, məxmər geyimləri pərdə və örtük kimi istifadə edin.

Kök xanımlar cins bermuda şortlardan da uzaq durmaq lazımdır. Xüsusən də yay aylarında aktual olan bermuda şortlar bədən porsiyalarını korlayır və daha pis görünməyə səbəb olur. Xüsusən də dar cins modellər kök xanımlarda pis görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm