Dilarənin həyatında inanılmaz hadisə – Fotolar, Videolar
Bizi izləyin

Tabloid.az

Dilarənin həyatında inanılmaz hadisə – Fotolar, Videolar

MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan “Okean Elzı” kollektivi sentyabrın 6-da Bakıda çıxış edəcək.

MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan “Okean Elzı” kollektivi sentyabrın 6-da Bakıda çıxış edəcək.

Tabloid.az xəbər verir ki, qrup Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək. Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova konsertin xüsusi qonağı olacaq. Dilarə bu qrupla eyni səhnəni paylaşmağın yaradıcılığında önəmli hadisə kimi dəyərləndirib:

“Svyatoslavla birgə çıxış etmək – inanılmaz bir hadisədir. Əminəm ki, soydaşlarımız konsertdə böyük müsbət enerji toplayacaqlar. Bu yaddaşlarda qalan konsert olacaq”.

Qeyd edək ki, Dilarə Kazımovanı “Okean Elzı” qrupunun lideri Svyatoslav Vakarçuku ilə populyar “Qolos” beynəlxalq formatlı şou birləşdirir. 2014-cü ildə Dilarə Ukraynanın “1+1” telekanalında yayımlanan “Голос країни” layihəsinin iştirakçısı olub. İlkin seçim turunu uğurla keçən müğənni Vakarçukun komandasına qatılıb. O, canlı efirdə “Okean Elzı” qrupunun “Без бою” mahnısını və Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm