Nadirdən ALS xəstəliyindən əziyyət çəkənlərə 1000 manat bəxşiş
Bizi izləyin

Tabloid.az

Nadirdən ALS xəstəliyindən əziyyət çəkənlərə 1000 manat bəxşiş

Nadirdən ALS xəstəliyindən əziyyət çəkənlərə 1000 manat bəxşiş

Nadir Qafarzadə xoşməramlı jest edib.

Tabloid.az xəbər verir ki, müğənni mərkəzi sinir sisteminin xəstəliyi olan amiptrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkənlərə yardım etmək məqsədilə 1000 manat pul verib. O, bunu “Xəzər” telekanalının “5/5” verilişində olarkən edib. Həmin məbləği verilişin aparıcısı Zaur Kamala təqdim edib. İfaçı bu aksiyaya buzlu su ilə qoşulan insanları anlamadığını da efir vasitəsilə dilə gəririb:

“Deyirlər ki, dünyada belə bir aksiya start verilib ki, başdan su tökülməlidir. Niyə dünyada xoş aksiya olmur ki?! , Guya o buzlu su kiməsə kömək edəcək ki?! Bu, sadəcə bir şoudur. Suyu tökmədənsə, get hamamda çim! Harada pis nəsə varsa, onu birinci biz götürürük. Kiməsə yardım etmək istəyirsənsə, maddi kömək et. Bu suyu başımızdan aşağı tökməklə kiməsə yardım etmiş olmuruq”.

Qeyd edək ki, ALS - Amyotrofik lateral skleroz xəstəliyidir. Sinir sistemi xəstəliyi ALS-nin ən əsas özəlliyi, əzələlərin zəifləyərək əriməsi və xəstənin ən sonda qüvvətdən düşməsi və yatağa bağlanması ilə nəticələnir. Bu xəstəlik bir müddətdən sonra danışma və udqunma problemi yaradır. Xəstəliyin sürətlənən vaxtlarında içərisində hava çatışmazlığı və ağciyər infeksiyası ölümə səbəb ola bilir. Xəstəliyə hər 100 min nəfərdən birində rast gəlinir.

Məlum flaşmoba gəlincə, başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin şəxslər başına bir vedrə buzlu su tökmürsə, ALS xəstələrinin vəqfinə 100 dollar verməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm