Elza Seyidcahan aparıcıya barışıq jesti etdi - Video
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan aparıcıya barışıq jesti etdi - Video

Əməkdar artist Elza Seyidcahan və aparıcı Günay Firudinqızı canlı efirdə barışıblar.

Əməkdar artist Elza Seyidcahan və aparıcı Günay Firudinqızı canlı efirdə barışıblar.

Tabloid.az xəbər verir ki, ötən buraxılışların birində onu “əməkdar artist” deyə təqdim etməyən Günaydan inciyən və ona sərt sözlər deyən müğənni barışıq addımını özü atıb:

“Harada məni bəyənmirlərsə, oradan ayağımın tozu ilə gedirəm. Məni Elza edən bizim jurnalistlərimiz, aparıcılarımızdır. Tamaşaçılar, məni sevənlər də ötən dəfəki hadisədən narahatdırlar. Ona görə istəyirəm, barışaq. Hamı bilsin ki, heç bir narahatlıq yoxdur”.

G. Firudinqızı isə bunları deyib:

“Siz bəyənilməsəydiniz, münsif kürsüsündə oturmazdınız. Burada çoxları əyləşmək istəyib. Amma seçilən siz olmusunuz”.

Qeyd edək ki, E. Seyidcahan efirdə aparıcının ünvanına bu iradları söyləmişdi:

“Sən Günay xanımsansa, mən də Elza Seyidcahan - əməkdar artistəm. Mənə bu adı dövlət verib. Məni o cür təqdim edin! Kobudluq etmirəm. Günay sənətimi dəyərləndirən biri olub. Ad xəstəsi də deyiləm. Tamaşaçılar baxır”.

Günay isə ona cavab olaraq “Qəribədir, siz hər dəfə yarışma başlayanda belə edirsiniz. 14-15 ildir bu sahədəyəm, təcrübəm var. Bu vaxta qədər hər zaman verilişlərimdə sizə “Elza” və “Elza Seyidcahan” deyə müraciət etmişəm. Etiraz bildirməmisiniz. İndi bunu şou xatirinə edirsiniz. Sizin bu hərəkətinizi mənfi qiymətləndirirəm”- deyərək, əməkdar artistin mikrafonunun söndürülməsini istəmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm