Tabloid.az
Yeni mövsümün ən trend manikürləri - Fotolar
Payız-qış aylarının makiyaj və saç trendlərini sizinlə bölüşmüşdük. Bu dəfə isə qadınların ən çox diqqət ayırdığı manikür dəbindən bəhs edəcəyik.
Podiumlara nəzərə saldıqda məlum olur ki, soyuq fəsil çox fərqli dırnaq manikürləri və rəngli dırnaq boyaları ilə yadda qalacaq.
Qırmızının çalarları
Qırmızı və zoğalı rənglər illərdir ki, populyarlığıını qoruyub saxlayırlar.
Bu ildə adını çəkdiyimiz rənglər öz hakimiyyətini qoruyub saxlayacaq. “Kenneth Cole”, “Costello Tagliapietra”, “Rebecca Minkoff”, “Nicole Miller”, “Yigal Azrouel”, “Damir Doma”, “Noon by Noor”, “Burberry” -nin dəfilələrində qırmızı tonlarda olan dırnaq boyalarına üstünülk verildiyini müşahidə etdik.
Tünd rənglər
Yaşılın, bənövşəyinin və mavinin tünd çalarları, həmçinin boz və qara rəngli dırnaqlar bu il dəbdədir.
Bir çox brend öz dəfilələrində modellərin manikürlərini bu rənglərdə etməyə üstünlük verib.
Qızıl rəngi
Parıltılı qızıl rəngini dırnaqlarda tez-tez görəcəyik.
Bej rəng
Bej rənglər sadəliyi sevən xanımlar üçün mövsümün vaz keçilməzi olacaq. Bu rənglə edilmiş manikür bütün geyimlərlə uyğunlaşır.
Yarım ay manikürü
Dırnaq diblərinə yarım ay formasında qara və ya zoğalı rəngdə dırnaq boyası çəkilir. Başqa rənglərdən də istifadə etmək mümkündür. Dırnağın qalan hissəsi isə bej çalarda olan dırnaq boyası ilə boyanır. Bu manikür şəkli payız və qış aylarında dəbdə olacaq.
Xətlər
Dırnaqlarda boyalarla çəkilmiş düz cizgilər olduqca populyarlıq qazanıb. İstədiyiniz rəngləri seçə bilərsiniz. Amma rənglərdən birinin açıq, digərinin tünd tonlarda olmasına diqqət edin.
Gipürlü manikür
Bu ilin ən yeni və ən dəbli manikür dəbi isə gipür formasında olacaq. Xüsusi ilə zərif geyimlərlə çox gözəl uyğunlaşan bu manikür formasını evdə etmək çətin olsa da, manikür ustaları sayəsində siz də öz dırnaqlarınıza tətbiq edə bilərsiniz.
Tabloid.az
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?