Tabloid.az
Payızın şıq kolye dəbi - Fotolar
İri həcmli boyunbağılar bu mövsüm öz hakimiyyətini davam etdirəcəklər. Böyük kolyelər obrazını tamamlayıb daha şıq görünməyə kömək edəcəklər.
Boyunbağılar adətən geyimlər kimi bir neçə növə bölünür. İdman və rahat geyimlərlə taxıla bilən, nazik və ya ipli boyunbağılar, digəri isə ziyafət geyimlərini daha dəbdəbəli hala salan həcmli boyunbağılardır.
Keçən mövsüm hakimiyyəti əlinə alan həcmli aksessuarlar bu il də trendlərin arasındadır. Həcmli boyunbağılardan əlavə, muncuqlu, boynu tamamilə örtən mirvarilər də aktualdır. Boyunbağıya həyat yoldaşınızın, övladınızın, sevdiyiniz insanın adını da yazdırıb taxa bilərsiniz. Bu tərz özəl hazırlanmış aksessuarlar da olduqca trenddir.
Böyük kolyelər qələm ətəklər, dar şalvar və şifon bluzlarla əla qalır. Həmçinin breton köynəkləri də sadə və darıxdığıcı olmaqdan xilas edir. Bu iki trendin tandeminə söz ola bilməz.
Olduqca göstərişli kolyelər iddialı görünməyi sevən xanımlar üçün əla seçimdir. Parıltılı daşlarla göz qamaşdıran kolye taxdığınız zaman geyimin mümkün qədər sadə və şıq olmasına fikir verin.
Ciddi və düyməli köynəklərlə geyindiyiniz zaman düymələrinin sona qədər bağlı olmasına fikir verin. Bu cür tərz neçə mövsümdür ki, trend olaraq qalır.
Təmtəraqlı boyunbağıları düzgün və yerində taxa bilməyənlər üçün tabloid.az bir neçə nümunə hazırlayıb. Ən yaxşı yaz boyunbağıları seçmişik. Şəkillər özü hər şeyi izah edir. Köynək və ya paltar sadədirisə, mürəkkəbə doğru gedir. Yox, geyim diqqət cəlb edirsə və al-əlvandırsa, o halda boyunbağının bir rəngdə və qaşsız olması daha məqsədəuyğundur.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?