Tabloid.az
Zaur Kamal: “İnsident Manaf Ağayevin qohumunun toyunda olub”
Tanınmış aparıcı Zaur Kamal iştirak etdiyi toyda yaranan insidentdən danışıb.
Aparıcı həqiqətən də toyda belə bir hadisənin yaşandığını deyib: “Bəli, toyda olmuşam, özü də həmin toya tamada kimi deyil, qonaq kimi dəvət almışdım. Müğənni Manaf Ağayevin qohumu Novruz adlı dostumuzun toyunda tamada məni danışmaq üçün dəvət etdi. Mən də etiraz etdim, sadəcə, danışmaq istəmədim. Dedim ki, yarım saatdan sonra danışaram. Elə oldu ki, danışası olmadım və toydan çıxıb getdim. Amma dava olmayıb. Manafın özündən də bunu soruşa bilərsiniz".
Qeyd edək ki, tanınmış teleaparıcı Zaur Kamal qonaq olduğu məclislərin birində insidentə səbəb olub.
Ötən gün “Xudafərin” şadlıq sarayındakı toyda qonaq olan teleaparıcı tamadanın onu mikrofona dəvət etməsindən bərk əsəbiləşib və ona kəskin şəkildə etirazını bildirib. Z.Kamalın bu hərəkəti məclisdəkilərin də diqqətindən yayınmayıb.
Tamadanın onun adını israrlı şəkildə çəkməyindən daha da əsəbiləşən Z.Kamal əl-qol hərəkətləriylə ona etirazını bildirib.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."