Masturbasiya zərərlidir, yoxsa faydalı?
Bizi izləyin

Tabloid.az

Masturbasiya zərərlidir, yoxsa faydalı?

İnkişaf etmiş ölkələrdə qadınlar bunu normal şəkildə qəbul etsələr də, inkişaf etməkdə olan ölkələrdə heç bir qadın bu işlə məşğul olduğunu etiraf etmir.

XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də bəzi cəmiyyətlərdə insanları çərçivəyə salan, onların azadlığını boğan və xoşbəxtliyinə mane olan qanunlar, daha doğrusu adət-ənənələr və qaydalar var. Məsələn, elm masturbasiyanın - qadın və ya kişinin özünü cinsi baxımdan təmin etməsini insan orqanizmi üçün faydalı olduğunu sübut etsə də, hələ də bu, tabu olaraq qalır. Masturbasiyanın günah olduğunu düşünənlər də var, sağlamlığa zərərli olduğunu deyənlər də. Kimi masturbasiya ilə məşğul olmaqdan qorxur, kimi də məşğul olsa belə etiraf etməkdən çəkinir.

Bu gün “Ailə dostu” layihəsi çərçivəsində bu qaranlıq qalmış mövzuya toxunacağıq. Görək masturbasiya zərərlidir, yoxsa faydalı?

Masturbasiya və tabular

Masturbasiya latın sözü olub ''masturbare” sözündən götürülüb və mənası əllə pozmaq deməkdir. Masturbasiya zamanı həzz almaq üçün sadəcə cinsiyyət orqanına toxunmaq orqazm olmaq üçün kifayət deyil. İnsan xəyal gücünü və fantaziyasını işə salmalı və həzz nöqtələrini bilməlidir. Normal cinsi əlaqədən fərqli olaraq qarşı tərəfin istəklərini nəzərə almaq lazım olmur. Burada partnyorunuz dünyaca məşhur bir ulduz da ola bilər və siz onu istədiyiniz pozada xəyal edə bilərsiniz. Bu səbəbdən də evli insanlar da masturbasiya ilə məşğul olurlar. Hətta cinsi həyatlarının normal olması və partnyoru ilə həftədə 4 dəfə və ya daha çox sekslə məşğul olması da bəzi insanların cinsi ehtiyacını tam ödəməyə bilər. Buna görə də evli insanların masturbasiya ilə məşğul olmadığını düşünmək yanlışdır. Hətta araşdırmalar göstərir ki, evli insanlar subaylardan daha çox masturbasiya ilə məşğul olurlar.

Araşdırmalar həm də masturbasiyaya qadınların kişilərdən daha çox vaxt ayırdığını göstərir. İnkişaf etmiş ölkələrdə qadınlar bunu normal şəkildə qəbul etsələr də, inkişaf etməkdə olan ölkələrdə heç bir qadın bu işlə məşğul olduğunu etiraf etmir. Bu da tabularla əlaqəlidir. Qadınlar qınaq obyektinə çevrilməkdən qorxurlar. Çünki bizim kimi cəmiyyətlərdə qadın seksual obyekt kimi qəbul edilir. Qadının namusu onun yataqdakı fəaliyyəti ilə ölçülür. Qadınların da cinsi istəklərinin ola biləcəyi ağıla belə gəlmir. Ancaq qadını nə qədər məhrum etsən də o özünü təmin etməyin, həzz almağın bir yolunu tapacaq.

Tabuları və masturbasiya ilə məşğul olmağın günah sayılmasını qoyaq bir kənara. Köhnəlmiş fikirlərdən uzaq olanlar belə masturbasiyanın sağlamlığa zərərli olduğunu düşünürlər. Çoxları ya bu səbəbdən masturbasiyadan qorxur, bəziləri də masturbasiyadan sonra özlərini günahkar hiss edir, hansısa xəstəliklərə yaxalanacaqlarını düşünürlər.

Masturbasiya doğurdan zərərlidir?

Türkiyənin məşhur terapevti Arşaluys Kayır masturbasiyanın faydalı olduğunu bildirir: “Əlbəttə faydalıdır. Xörək yemək kimidir. Əsas ehtiyaclardan biridir. Tövsiyə edirik”.

Dünyadakı bir çox mütəxəssis də masturbasiyanın faydalı olduğu ilə bağlı həmfikirdir.

Onların fikrincə,masturbasiya ilə məşğul olmaq şəxsin normal həyatına, sosial fəaliyyətinə zərər vermirsə, təhlükəli deyil. Ancaq partnyoru və normal cinsi həyatı olanlar daha diqqətli davranmalıdırlar. Çünki masturbasiya sayəsində orqazm olan şəxs həmin gün cinsi əlaqəyə girmək istəməyə bilər, bu da partnyoru ilə problemlərə səbəb olar.

Hər bir insanın cinsi ehtiyacı var. Bu cinsi ehtiyac ödənilmədiyi təqdirdə insanda stress, qəzəb, ürək və damar xəstəlikləri və hormonların fəaliyyətinin pozulması kimi hallar baş verir. Deməli, masturbasiya ilə məşğul olmaq yox, olmamaq insan sağlamlığına zərərlidir.

Kişilər niyə masturbasiya edirlər?

Kişilərdə davamlı olaraq sperma istehsal olunur. Bu sperma çölə atılmadıqda aşağı ətraflarda ağrı, hədsiz dərəcədə cinsi istək kimi problemlərə səbəb olur. Ona görə də kişilər 2-3 gündən bir cinsi əlaqəyə girməsələr, mütləq masturbasiya etməlidirlər.

Qadınların masturbasiya ilə məşğul ola səbəbləri

Qulaqdan qulağa yayılan yanlış məlumatlara görə, qadın masturbasiya ilə məşğul olsalar, üzlərində sızanaq çıxar, uşaqları olmaz, aybaşı zamanı ağrıları çoxalar, qız isə bakirəliyini itirə bilərlər. Ancaq mütəxəssislər və ginekoloqlar bunların heç birinin həqiqətə uyğun olmadığını deyirlər.

Araşdırmalar göstərir ki, qadınların 70 faizi masturbasiya ilə məşğul olurlar. Onlar 20 yaşlarından başlayaraq həftədə bir dəfə bunu edirlər.

Kişilərdən fərqli olaraq qadınlar fiziki baxımdan rahatlaşmaq və yuxuya gedə bilmək üçün masturbasiya edirlər.

Mütəxəssislər bildirirlər ki, masturbasiya ilə məşğul olan qadınlar bədənlərini daha çox bəyənirlər və özlərinə inamları tam olur.

Qadınların masturbasiyası kişilərdən olduqca fərqlidir. Belə ki, kişilər mütləq cinsi orqanlarına toxunmalıdırlar. Ancaq qadınlar sadəcə düşünərək orqazm hissini yaşaya bilərlər. Bakirə qız döşlərinə toxunaraq orqazm ola bilər. Yəni cinsi orqana toxunmaq mütləq deyil.

Bakirə qızlar klitor bölgəsinə toxunaraq və ya ayaqlarını açıb qapayaraq masturbasiya edə bilərlər. Bunun qızlıq pərdəsinə heç bir təsiri yoxdur. Ancaq qadınlar seks oyuncaqlarından, süni cinsi orqanlardan istifadə edirlər. Su ilə masturbasiya edənlər də var. Kimə necə rahatdırsa, o üsulu da seçir.

Masturbasiyanın faydaları:

Həzz verir;

Rahatlaşmaya səbəb olur;

Cinsi həyatın aktivliyi üçün lazımlıdır;

Özünə inamı artırır;

Həzz bölgələrini tapmağa kömək edir;

Hamilələrin həyat yoldaşları üçün yaxşı alternativdir;

Yuxusuzluq problemini aradan qaldırır.

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm