İlqarənin valehedici fotoları
Bizi izləyin

Tabloid.az

İlqarənin valehedici fotoları

Məşhurlar bu həftə nə geyindilər? - Fotolar

Məşhurlar bu həftə nə geyindilər?

Məşhurların yaradıcılığı, şəxsi həyatı, hətta nə geyindikləri də insanları maraqlandıran mövzulardır. Ulduzlar səhnədə parlamağı sevdiyi üçün peşəkar insanlarla, dizayner və stilistlərlə işləyirlər. Dolayısı ilə geyim dəbinin və müəyyən trendlərin formalaşmasında onların təsiri danılmazdır.

Məşhurların stili, saç düzümü, makiyajı daha çox modapərəst xanımların maraq dairəsinə daxidlir. Tabloid.az-ın bu icmalında məşhurlarımızın həftə ərzində yadda qalan ziyafət və kokteyl libasları haqqında danışacağam.

Bu həftə ulduzların stilində əsas diqqət çəkən məqam ətəklərinin uzunluğu oldu. Tünzalə Ağayeva, Röya Ayxan, Sevda Yəhyayeva, Ayan Babakişiyeva uzun libaslara üstünlük veriblər.

Günay İbrahimli də uzun, sadə, açıq rəngli paltar geyinsə də, cazibəli kürək dekoltesinə də yer verib. Sadə və şıq libasını irihəcmli sırğalarla tamamlayıb.

Müğənni Röya Ayxan imicində dəyişiklik edib. Ötən gün təzə fotosunu "İnstagram" səhifəsində paylaşan ifaçı “Saçımı dəyişmək zamanı gəldi” sözlərini yazmışdı.

Aygün Kazımovanın qızı İlqarə də uzun saçları ilə vidalaşıb. Saçını çiynindən kəsdirən İlqarə qara ziyafət libası ilə sözün həqiqi mənasında göz qamaşdırıb. Yerə qədər sürürən qara libasda daha arıq və çəkici görünür.

Tünzalə Ağayeva ilə Sevda Yəhyayeva uzun libaslardan başqa, gipür parçadan tikilən şıq kokteyl donlarla da diqqət çəkiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm