Tabloid.az
Tutqun və boz payız günlərində şıq görünməyin ən yaxşı yolu - Fotolar
Mövsümün aktual trendlərindən biri şübhəsiz, çəhrayı paltolardır. Açıq tonların qara paltolarla əvəz olunması bizim üçün qeyri-ənənəvi haldır. Çəhrayı rəngin müasir interpretasiyası qızlar üçün də gözlənilməz oldu.
Açıq tonlar artıq romantik təbiətli və bayram-əhval ruhiyyəli geyim olmaqdan çıxıb. Bu mövsüm çəhrayı paltolar kifayət qədər ciddi üslub hesab olunur. Onlar tamamilə işgüzar və biznes-ledinin gündəlik üslubunu tamamlayan qış geyimləridir. Onun fərqləndirici cəhətləri bunlardır:
Universaldır – istənilən geyimlə uyğunlaşdırmaq olar.
Ciddi kişi geyiminin elementlərini də özündə birləşdirir.
"Diane Von Furstenberg", "Balenciaqa", "Rochas Carven", "Celine", "Marc Jacobs", "Zara", "Tara Jamon" kimi markalar qış kolleksiyalarında çəhrayı tonlara yer veriblər.
Zərif qadın gözəlliyini vurğulayan “Red Valentino” yaxud “Moschino Cheap&Chic”-in çəhrayı üst geyimlərindən heç bir qız imtina edə bilməz. Amma bu, əlbəttə ki, bahalı həzzdir.
Qış qarderobunu yeniləmək üçün məşhur internet maqazinlərə də müraciət edib oradan zövqü oxşayan kifayət qədər dəbli paltolar tapa bilərsiniz.
Seçiminiz hansı markadan olursa-olsun çəhrayı palto alarkən bir neçə detalı yadda saxlayın. Çəhrayının ən yaxşı tonu bozumtul çaları sayılır, aksessuar nə qədər az olsa, bir o qədər yaxşıdır. Zamşa materialdan olan ayaqqabı həm işgüzar, həm də romantik obrazınızı tamamlayacaq.
Hətta soyuq qış səması tutqun və boz olsa belə, çəhrayı paltonuza zəriflik və istilik qatacaq. Tabloid.az çəhrayı palto dəbinə aid bir neçə nümunə təqdim edir:
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO