Kişilər bunu etiraf etməkdən çox utanır
Bizi izləyin

Tabloid.az

Kişilər bunu etiraf etməkdən çox utanır

Kişilər bunu etiraf etməkdən utanırlar

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, kişilər pəhriz saxladığını deməyə utanırlar. Bəs görəsən, kişiləri utandıran hansı səbəbdir?

Kişilər pəhriz saxladığını deməyə utandığı üçün onlara təklif edilən təamlardan imtina edə bilmirlər. Bunun səbəbi isə pəhriz saxlamağı deyə bilməmələridir. Bu sorğuda 600 kişi iştirak edib. Onların 90 faizi arıqlamaq istədiyini deyib. Ancaq sorğuda iştirak edən kişilərin yalnız 1/3 hissəsi pəhriz saxladığını etiraf edib.

Kişilərin utanmasının səbəbi isə olduqca maraqlıdır. Kişilər qadınlardan fərqli olaraq bədənləri ilə bağlı olan qüsurlarını etiraf etməkdən çəkinirlər. Pəhriz saxlamağı etiraf etməyi isə onlar qüsurlarını və artıq kilolarını etiraf etmək kimi başa düşürlər. Bu isə kişilərin eqosuna sığmayan bir məsələdir. Həm də kişilər pəhriz sözünün ancaq qadınlara aid olduğunu düşünürlər və bu sözü işlətməyi özlərinə yaraşdırmırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm