Tabloid.az
Astroloji proqnoz - 14 oktyabr
QOÇ – Qətiyyət göstərin, haqqınızı tələb etməyi bacarın. Belə olarsa, Göy qübbəsi digər işlərdə sizə yardımçı olacaq. Təkəbbürlü insanlarla iş görməyin. Günün ikinci yarısında maraqlı görüşlər var.
BUĞA – Qapalılığı bir kənara atın, insanlarla açıq şəkildə, səmimiyyətlə davranın. Yalnız bu halda qarşınızda duran günün bəhrəsini görəcəksiniz. Axşam saatlarında özünüzü soyuqdəymədən qoruyun.
ƏKİZLƏR – Sizdən tələb olunan vəzifələri layiqincə həyata keçirməyi bacarsanız, həm nüfuzunuz artacaq, həm də mövcud problemlərinizin həlli sürətlənəcək. Elə saat 11-dən bu istiqamətdə hərəkətə keçin.
XƏRÇƏNG – Səhər saatlarından başlayaraq nüfuz dairəniz genişlənəcək. Hətta yuxarı dairələrlə əlaqələriniz də dərinləşə bilər. Bununla yanaşı, ailə-sevgi münasibətlərinə də ciddi yanaşın, xətrə dəyməyin.
ŞİR – Siyasi-iqtisadi sahədə bürcünüz üçün gərginlik var. Bu səbəbdən hər hansı addımı atmazdan əvvəl kəşfiyyat xarakterli manevrlər edin. Çalışın ki, sizə inam bəsləyənlərin sayı artsın. Məsuliyyətsiz danışmayın.
QIZ – Maraqlı hadisələr yolunuzu gözləyir. Ruhunuzu sıxan bir çox məsələlərə aydınlıq gələcək. Gün ərzində arzuladığınız adamların əksəriyyətini görəcəksiniz. Təmir-tikinti işləri də effektli ola bilər.
TƏRƏZİ – Bütün proseslər xeyrinizə cərəyan edəcək. Yalnız saat 14-16 aralığı bir qədər mürəkkəb ola bilər. Həmin saatlarda münaqişədən uzaq durmalı, vaxtınızı qapalı yerdə keçirməlisiniz. Spirtli içkidən uzaq olun.
ƏQRƏB – Bu günün xarakterinə uyğun olaraq, daha çox istirahətinizi, qeyri-işgüzar görüşlərinizi, səfərlərinizi təmin etməlisiniz. Saat 17-dən sonra xoş bir hadisənin şahidi olacaqsınız.
OXATAN – İxtiyarınızda olan bu təqvim karyeranıza ucalıq vəd edir. Amma bu, heç də aldığınız təkliflərə gözüyumulu razılıq verməyinizi tövsiyyə etmir. Çünki çətin adamlarla baş-başa qala bilərsiniz.
OĞLAQ – Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin. Yalan danışmayın.
SUTÖKƏN – Gözlənilməz təsadüf nəticəsində mövcud problemləriniz aradan qalxmağa başlayacaq. Bu yöndə ümid bəslədiyiniz insanların köməyini də görəcəksiniz. Gün boyu daxili inamınızı bərpa edin.
BALIQLAR – Rastlaşdığınız hər bir olaya yaradıcı eşqlə yanaşın. Bu halda fəaliyyətiniz və maddi durumunuz da qənaətbəxş olacaq. Ulduzlar başqalarının əşyasından istifadə etməyi və borc götürməyi məsləhət görmür.
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO