Tabloid.az
Nazir teleaparıcı Hacı Nurana baş çəkdi - Fotolar
Azərbaycanlı teleaparıcı Hacı Nuran Hüseynov Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinik“də müalicəsini davam etdirir.
Tabloid.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov aparıcıya baş çəkib. H.Nuran nazirlə çəkdirdiyi fotolarını “İnstagram” bloqunda paylaşaraq, “Azad müəllim halımı soruşdu, müalicəmlə maraqlandı. Tezliklə tam sağlam Bakıya qayıtmağımı dilədi. Gözəl söhbətindən ləzzət almaqdan doymadım. Azad müəllim, diqqətinizə görə çox sağ olun”- deyə qeydini yazıb.
Qeyd edək ki, Hacı Nuran Hüseynov Limfaqranulematoz xəstəliyindən (ağciyər xərçəngi) müalicə olunur. Hazırda o, Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinik”in onkologiya şöbəsində müalicə alır. Onun sağalması üçün uzunmüddətli və bahalı müalicə tələb olunur.
Xatırladaq ki, uzun illər ərzində Hacı Nuran Hüseynov televiziyada xeyriyyə proqramlarının aparıcısı olub. Onun bu fəaliyyəti sayəsində çoxlu sayda insan yardım alıb.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ