Yunan ilahələrinin gözəlliyi bu qidalarda gizlənib - Fotolar
Bizi izləyin

Tabloid.az

Yunan ilahələrinin gözəlliyi bu qidalarda gizlənib - Fotolar

Yunan ilahələrinin gözəlliyi bu qidalarda gizlənib - Fotolar

Bir yunan Tanrısı, ya da ilahəsi kimi yemək yeyərək kilo verə bilərsinizmi?

Sağlam yaşamaq və arıqlamaq üçün təsirli yunan pəhrizi bəlkə də, dünyanın ən qədim qidalanma vərdişlərini ehtiva edir.

Mariya Loi və Sarah Toland yeni "The Greek Diet" adlı kitablarında klassik və olduqca ləzzətli antik yeməklərin arxasında gizlənən son dərəcə təsirli müasir tibb həqiqətlərini izah edibl'r! Tabloid.az məhz yunan pəhrizi ilə qidalanaraq sağlam və formada qalmağın sirlərini təqdim edir:

Özündə digər bütün yağ və qidalardan daha çox doymamış yağ ehtiva edən zeytun yağının qoxusu da arıqlamağa köməkçi olur!

Aparılan araşdırmalar doymuş yağ ehtiva edən qidalar yerinə, zeytun yağı yeməyin bədənin istifadə etdiyi enerji səviyyəsini artırdığını göstərir. Bu sayədə oturarkən, ya da yatarkən belə daha çox kalori xərcləyəcəksiniz.

Bir alman alimi isə zeytun yağının qoxusunun da insanların özlərini tox hiss etmələrinə və instinktiv olaraq daha az kalorili qidalar istehlak etmələrinə yardımçı olduğunu sübut edib.

Qatığın tərkibində çəki atmaq üçün ən doğru bakteriyanın olduğunu bilirdinizmi?

Aclığı yatıran, toxluq hissini artıran, qan şəkərini tarazlaşdıran və həddən artıq yeməyin qarşısını alan qatıq digər bütün qidalardan çox zülal ehtiva edir. Orqanizm zülalları həzm edərkən, karbohidratı da həzm etdiyi üçün daha çox kalori sərf edir. Digər probiotik yeməklərə görə daha çox yeyilə bilən qatıq yağ yandırıcı məziyyəti ilə olduqca yaxşı üsuldur.

Tərəvəzlər zərərli qidalardan və şirniyyatlardan uzaq olmağınızı təmin edəcək enerjinizi artıracaq.

Vitamin, mineral və antioksidant kimi mikro qidalar baxımından yaxşı qidalanmırsınızsa, arıqlaya bilməzsiniz. Aparılan araşdırmalar yorğun olduğumuz zaman sağlam olmayan qida və şirniyyatlara yönəldiyimizi göstərir. Amma tərəvəzlərin tərkibindəki mikro qidalar metabolizmi canlandırır və bədənə enerji verir. Tərəvəzlərin tərkibinin az qala 90 faizi sudur və bu xüsusiyyətləri susuz qalmağın qarşısını alarkən, metabolizmi canlandıraraq bədəninizin yağ yandırıcı xüsusiyyətini hərəkətə keçirir.

Arıqlamaq üçün həm həll oluna bilən, həm də həll olunmayan liflərə ehtiyacımız var. Bunların hər iki tipi isə paxlada var.

Həll oluna bilən liflər mədə şirəsində həll olunarkən, həll olunmayan liflər həzm sisteminə gedərək özünüzü tox hiss etmənizi təmin edir.

Dəniz məhsulları istehlak etmək metabolizmin yağ yandırıcı xüsusiyyətini artırır.

Omeqa-3 yağ turşuları orqanizmin yağ yandırıcı qabiliyyətinə təsir edən bütün amillər üçün əsas maddələrdir. Yağlı balıqlar ton balığı kimi daha az yağlı balıqlara nisbətən daha çox omeQa-3-dən ibarətdir. Həftədə ən az 2 dəfə qabıqlı dəniz məhsulları və balıq istehlak edərək metabolizmin gündə 400 kalori qədər çox enerji xərcini təmin edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm