Cennifer Lopes rüşvətxor polis ovuna çıxır - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Cennifer Lopes rüşvətxor polis ovuna çıxır - FOTOLAR

Amerikalı aktrisa və müğənni Cennifer Lopes 13 seriyalı "Shades of Blue" detektiv serialına çəkiləcək.


44 yaşlı "Cey Lo" serialda polisdə çalışan və övladını təkbaşına böyüdən Harli Makkord rolunu oynayacaq.

ABŞ-ın Federal Təhqiqat Bürosunun Antikorrupsiya İdarəsi ilə əməkdaşlıq edən H.Makkord özünü başqa adam kimi qələmə verərək rüşvətxor polis həmkarlarının ifşa edilməsi ilə məşğul olacaq.


Teleserialın ssenarisi yayda yazılacaq. Ssenari müəllifi Adi Hasak olacaq.


Teleserialın çəkilişləri 2015-ci ildə başlayacaq, həmin ilin sonunda və ya 2016-cı ilin əvvəlində başa çatacaq.


Cennifer Lopes teleserialda baş rolu oynamaqla yanaşı, prodüser də olacaq. İkinci prodüser isə bir sıra realiti-şouların yaradılmasında iştirak etmiş Rayan Sökrestdir.


C.Lopes 1990-cı illərin əvvəllərində teleseriallara aktiv şəkildə çəkilsə də, sonradan bu layihələrdən imtina edərək kinolentlərə üstünlük verib.

Cennifer Lopesin baş rolda çəkildiyi son lent "B planı" komediyasıdır. Həmin film 2010-cu ildə ekranlara çıxmışdı./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm