Qışda xəstələnməmək üçün bu bitki çaylarından için
Bizi izləyin

Tabloid.az

Qışda xəstələnməmək üçün bu bitki çaylarından için

Qışda mütləq içilməsi lazım olan bitki çayları

Qış xəstəliklərin ən çox görüldüyü və immun sisteminin aşağı düşdüyü mövsüm olduğu üçün səhhətimizə daha çox fikir verməliyik. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, soyuq aylarda bitki çayları sayəsində bədəni təhdid edən və xəstəliklərə səbəb olan bakteriya və viruslara qarşı dözümlülüyü artıra bilərik. Qış xəstəliklərindən təsirli şəkildə qorunmağın təbii yollarından biri olan bitki çayları orqanizmə antibakterial təsir göstərir. Beləliklə, bitki çayları qış mövsümünü son dərəcə sağlam şəkildə başa vurmağa kömək edir. Bəs qış mövsümündə hansı bitki çayları içməlidir?

Qış mövsümündə bədənin müqavimətini artırmaq və immuniteti gücləndirmək üçün içilməsi lazım olan bitki çayları siyahısında ilk olaraq cökə çayı gəlir. Ədviyyatlarla zənginləşdirilmiş bir çox bitki çaylarının da qış mövsümündə içilməsi mütəxəssislər tərəfindən təklif edilir. Xüsusilə də mixək, hil, istiot, zəncəfil və darçın ədviyyatları ilə zənginləşdirilmiş olan yaşıl çay, mütəxəssislər tərəfindən şiddətlə tövsiyə edilir.

Darçın çayı da qış mövsümündə içilməsi tövsiyə edilən bitki çaylarından biridir. Soyuqdəyməyə çox yaxşı təsir edən darçın çayını istər sadə içə, istərsə də boğaz ağrılarından xilas olmaq üçün qarqara edə bilərsiniz. Mixək çayı da, darçın kimi ağız və boğaz infeksiyalarına yaxşı təsir edir. Bunlarla yanaşı səhləb çayı da faydalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm