Tabloid.az
Soyuqluğu və zərifliyi özündə birləşdirən rəng - Fotolar
Qara rəng bütün qadınların qarderobunun şah rəngidir.
Çünki tələsəndə və nə geyinəcəyimizi bilməyəndə məhz qara rəngli
paltarlara əl atırıq. Qəhvəyi qaranın bir növ qardaşı və bir-birinə
yaxın tonlar olduğu üçün onu da xilaskar rənglər sırasına əlavə edə
bilərik. Eyni zamanda, qəhvəyi bu qış olduqca aktual olacaq.
Qəhvəyi çantalar, ayaqqabılar, şərflər, papaqlar, əlcəklər, hətta
qəhvəyi ziyafət libasları da dəb gündəmində özünə yer
tutacaq.
Qəhvəyi rəngi paltar seçəndə bir neçə nüansa fikir vermək
lazımdır.
• Qəhvəyinin elə tonunu seçməlisiniz ki, dəri rənginizə də uyğun
olsun. Sarışınlar sərt qəhvəyi tonlara müraciət etməli olduğu
halda, əsmər xanımlar qəhvəyinin daha yumşaq və açıq tonlarına
üstünlük verməlidirlər.
• Qəhvəyi rəngli paltarı tamamlamaq və sadə zərifliyə nail olmaq
üçün həcmli və zövqli aksesssuar seçmək lazımdır.
• Paltar seçəndə biçiminə də fikri verməlisiniz. Uzun qəhvəyi
rəngli paltar özəl bir gecədə bütün nəzərləri üzərinizə toplamağa
kömək edəcək. Təbii ki, diqqət mərkəzində olmaqdan
çəkinmirsinizsə...
• Düzünə qalsa, qəhvəyi o qədər də könülaçan, əyləncəli rəng deyil.
Buna baxmayaraq, tutqun rəng də adlandırmaq olmaz. Onun modanın iki
əsas rənglərindən biri olduğunu unutmayın. Digərinin qara olduğunu
deməyə isə ehtiyac yoxdur...
Tabloid.az-ın seçdiyi qəhvəyi rəngli geyimlərə baxmağı unutmayın.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ