Məşhurların dəbli qızları - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhurların dəbli qızları - Fotolar

Məşhur ulduzların uşaqları da özləri kimi dəblə ayaqlaşırlar. Analarının izindən gedən qızlar hələ körpəlikdən başlayaraq şıq tərzləri ilə göz qamaşdırırlar.

Məşhur ulduzların uşaqları da özləri kimi dəblə ayaqlaşırlar. Analarının izindən gedən qızlar hələ körpəlikdən başlayaraq şıq tərzləri ilə göz qamaşdırırlar.

Tabloid.az cazibədar ulduzları və onların dəbli qızlarının stillərini araşdırıb.

Beyons və Blu Ayvi

Körpəlikdən başlayaraq ən məşhur stilistlərin hazırladığı paltarları geyinir. “Tom Ford” balaca Ayvi üçün çəhrayı rəngli özəl ayaqqabı dizayn etmişdi.

Qvinet Peltrou və Apl Martin

Doqquz yaşlı Aplın tərzi anasından bir balaca fərqlənir. Belə ki, balaca qız əyləncəli və rəngli geyimləri çox sevir. Gözəlliyini anasından alan Aplın yaxın gələcəkdə moda jurnallarının üz qabıqlarını bəzəməsi heç kimi təəccübləndirməyəcək.

Cessika Alba və Honor Varren

Cessika Alba öz stilini qızına da aşılamağa çalışır. Ana-qız demək olar ki, həmişə geyimlərini uyğunlaşdırırlar. Onları çəhrayı və qara rəngli kombinlərdə, dəri pencəklərdə, oxşar saç stillərində görmək mümkündür.

Keyt Bekinseyl və Lili Şin

Keytin 14 yaşlı qız anası olduğuna inanmaq çətindir. Lili “Burberry” geyimlərini çox sevir. Bu qız böyümək üçün səbirsizlənir, bunu geyimləri də sübut edir. Lili həqiqətən çox şanslıdır, çünki dəbli bir qadın olmağın bütün üsullarını anasından öyrənə biləcək.

Keti Holms və Suri Kruz

Suri hündürdaban ayaqqabıları, yaşına uyğun olmayan geyimləri və makiyaj etməsi ilə dəfələrlə gündəmə gəlib. Hazırda 7 yaşında olan balaca qız yavaş-yavaş anasının tərzini mənimsəməyə başlayıb. Qarderobundakı geyimlərin ümumilikdə 3 milyon dollar olduğu deyilən Surinin gələcəkdə stil ikonası olacağı təxmin edilir.

Kim Kardaşyan və Norf Uest

Həmişə cəsarətli seçimləri ilə diqqət çəkən Kim Kardaşyan qızını da özü kimi geyindirməyə çalışır. Özü hansı rəngdə geyinsə, qızını da həmin rəngdə geyindirir. Kardaşyan özünün geyindiyi libasların kiçik versiyasını hazırlaması üçün bir modelyerlə əməkdaşlıq edir.

Riz Uizerspun və Ava Fillip

Ava anasının bohem tərzindən ilham alır. Cins pencəklər, dar şalvarlar. Papaqlı üst geyimləri və s. ana ilə qızın tərzinin əsas ünsürləridir.

Viktoriya və Harper Bekhem

Viktoriya qızının digər həmyaşıdlarından fərqli olaraq çəhrayı rəngdə geyinmək istəmədiyini deyir. Bu Viktoriyanı çox xoşbəxt edib, çünki o, qızının kütlədən biri olmasını istəmir. Harper daha çox boz və qəhvəyi rəngləri sevir. Viktoriya qızının modaya marağı olduğunu, evdən çıxarkən ona "Gözəl paltardır, ana, gözəl çantadır”, dediyini iddia edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm