• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sevişmək üçün həftənin ən uyğun günü hansıdır?

Sevişmək üçün həftənin ən uyğun günü hansıdır?

İngiltərədə keçirilən sorğuya görə, cütlüklərin 44 faizi sekslə məşğul olmaq üçün şənbə gününü daha münasib görürlər. Cütlüklərin 24 faizi bazar günü, 22 faizi isə cümə günü cinsi əlaqəyə girməyə daha həvəsli olduqlarını bildiriblər.

Dünyada insanların sekslə ən çox məşğul olduqları vaxt isə şənbə günü, 19:37 radələridir.

Türkiyəli məşhur psixloq və terapevt Cem Keçə bu sorğunun nəticələrinə münasibət bildirib.

Tabloid.az-ın “Ailə dostu” bu dəfə həftənin hər günü özünü yaxşı hiss etmək istəyənlər üçün yazıb.

Əvvəlcə Cem Keçənin İngiltərəli alimlərin apardıqları sorğuya münasibətini öyrənək.

Psixoloq sevişmək üçün ən uyğun vaxtın həftənin şənbə günü olduğunu təsdiq edir:

“Seks rahatlanmaq, sevişməyin və toxunma hissinin verdiyi həzzdən ləzzət almaq, həzz alıb, həzz verə bilmək, ruhu və bədəni paylaşa bilmək sənətidir. İnsanın yaşamaq üçün əsas ehtiyacı yemək, içmək, nəfəs almaqdır. Ən azından yemək və geyinmək kimi ehtiyaclarımızı qarşılamaq üçün işləməliyik. Ancaq işləyərkən keçirdiyimiz stress və gündəlik qayğılar seks haqqında düşünməyimizə və seksdən həzz almağımıza maneə ola bilir. Bu baxımdan cinsi əlaqə üçün ən uyğun günün şənbə olması fikri ilə razılaşıram. Çünki insanlar ən çox şənbə günləri özlərini rahat hiss edirlər. Stress riski azalır və ertəsi gün bazar olacağı üçün rahatlaşıb, seksə daha çox vaxt ayırmağa, özlərini uzun-uzun ön sevişmə ilə məşğul olmağa hazır hiss edirlər”.

Cem Keçə münasibətləri və sağlamlıqları normal olan cütlüklərin həftədə 2-3 dəfə sekslə məşğul olduqlarını deyir. Ona görə də cütülklər üçün cinsi əlaqə ancaq şənbə günü ilə məhdudlaşa bilməz. Psixoloqun sözlərinə görə, hər cütlük özləri üçün ən uyğun günü və saatı müəyyənləşdirməlidir:

“Həftə ərzində cütlüklərin neçə dəfə sekslə məşğul olmaları ilə bağlı standart rəqəm, statistika yoxdur. İnsanlar partnyorları ilə razılığa gələrək istədikləri qədər cinsi əlaqəyə girə bilərlər. Bunun azlığı və ya çoxluğu zərərli deyil. Amma kişi və ya qadın olmasından asılı olmayaraq hər bir fərd partnyorunun istəklərini də nəzərə almalıdır”.

Psixoloqun sözlərinə görə, seks həyatından məmnun olmaq istəyənlər partnyorları ilə saatları dəqiqləşdirməlidilrər. Yəni, öncədən hansı gün hansı saatda sevişəcəklərini müəyyənləşdirməlidirlər:

“Bəzi araşdırmaların nəticələri göstərir ki, daha yaxşı seks həyatı üçün cinsi əlaqə öncədən planlaşdırılmamış şəkildə həyata keçirilməlidir. Ancaq daha sonra mütəxəssislər bu mövzunu araşdırdılar və cütlüklərin seks həyatına rəng qatmaq üçün ən yaxşı üsulun öncədən razılaşmaq olduğunu qəbul etdilər. Çünki bu insanları seks üçün xüsusi bir vaxt ayırmağa, özəl bir dəvətə gedirmiş kimi hazırlaşmağa və eşq oyunları oynamağa vadar edir”.

Psixoloq həftənin hər günü cinsi əlaqəyə hazır olmaq və yataqda keçirilən saatları undulmaz etmək üçün təbiətin bəxş etdiyi möcüzəvi qidalardan dəstək almağı tövsiyə edir.

“Amerikada aparılan araşdırmalara görə, bəzi bitkilər kişilərdə hormonların səviyyəsini yüksəldərək ehtirası və cinsi gücü pik nöqtəyə çıxarır.

Cem Keçə yekun olaraq bu nəticəyə gəlir ki, seks üçün ən uyğun gün insanın özünü ən yaxşı hiss etdiyi gündür. İnsan sağlam olduqda, özünü gümrah hiss etdikdə və stressdən uzaq olduqda özünü daha xoşbəxt hiss edir. Odur ki, sağlamlığın qayğısına qalaraq ilin hər gününü ən yaxşı şəkildə keçirmək mümkündür. Buna görə də amerikalı alimlərin hazırladıqları siyahıdan cinsi fəaliyyəti artıran ən effektli bitkiləri öyrənərək onları menyunuza daxil etməlisiniz. Beləliklə, yaşlılıqda belə həftənin hər günü sizin üçün ən ideal seks günü olacaq.

Fıstıq: Zülal və E vitamin baxımından zəngindir. Ehtirası artırır.

Cəfəri: Bədənin yorğunluğunu aradan qaldırır. Kişilərdə cinsi gücü artırır. Sidik kanallarının təmizlənməsinə kömək edir.

Darçın: Qan dövranını sürətləndirir və cinsi istəyi artırır.

Susam: Hormonların səviyyəsini yüksəldərək cinsi gücü artırdığı məlum olub.

Nanə: Cinsi gücü artırmaq üçün istifadə olunur. Kişilərdə sonsuzluq problemini aradan qaldırır.

Tərxun: Həm kişilərin, həm də qadınların cinsi istəyini artırır.

Keşniş: Kişilərdə ehtirası artırır. Gündə bir çay qaşığından artıq istifadə etmək olmaz. Ət yeməklərinə və souslara əlavə olunur. Cinsi istəyi artırmaq üçün bir stəkan isti suya yarım çay qaşığı keşniş töküb yeməkdən sonra içirlər.

Kəklikotu: Bədəni qüvvətləndirir və cinsi gücü artırır.

Zəncəfil: Süstlüyü aradan qaldırır. Bədəni və zehni qüvvətləndirir. Kişilərin cinsi istəyini artırmaq üçün ən yaxşı təbii vasitə hesab olunur.

Vanilya: Kişilərin cinsi aktivliyini artırır, onlara güc və ehtiras bəxş edir.

Bibər: Tərkibində bol miqdarda C və P vitamini var. Kişilərdə cinsi istəyi artırır. Həmçinin bədəni qüvvətləndirir.

Qırmızı bibər: Cinsi istəyi artırır. Ancaq damarda sərtləşmə problemi olanlar və ürək xəstələri, həmçinin yüksək təzyiqdən əziyyət çəkənlər çox istifadə etməməlidirlər.

Kərəviz: 25-30 yaşdan sonra bütün kişilər bu bitkini qida rasionlarına daxil etməlidirlər. Hormonların fəaliyyətini artırır. Cinsi istəyi artırmaq üçün ideal vasitədir.

Xardal: Cinsi istəyi artıran qidalardan biridir. Ancaq mədəsində, qaraciyərində problem olanlar, həmçinin damar sərtləşməsi və təzyiqi olanlar xardaldan istifadə etməsələr daha yaxşı olar.

Günəbaxan: Tərkibində bol miqdarda zülal və E vitamini var. Buna görə də sonsuzluğa maneə olur. Ürək və damar xəstəliklərindən qoruyur. Bədəni qüvvətləndirir və cinsi gücü artırır.

Fındıq: Xolesterolu aşağı salır. Bir çox xəstəlikdən qoruyur və bədənin yenilənməsi prosesini sürətləndirir. İnsanların cinsi gücü artırmaq üçün qədim zamanlardan bəri ən çox istifadə etdikləri çərəz hesab olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR