Klip təqdimatında Nura ilə Nigar İbrahimova arasında - SKANDAL
Bizi izləyin

Tabloid.az

Klip təqdimatında Nura ilə Nigar İbrahimova arasında - SKANDAL

Bu gün müğənni Nura Suri şou və media əhlini başına yığaraq klipinə təqdimat mərasimi keçirib.

Publika.Az-ın məlumatına görə 1 saat klip təqdimatına gecikən müğənninin başına iş gəlib. Belə ki, klipinin vizaj işlərini reallaşdıran Nigar İbrahimova ilə müğənni arasında narazılıq yaranıb. Geçikməsinin səbəbkarı kimi Nigarı göstərən müğənni belə deyir:

“Təəssüratlarım çox gözəldir, hər kəsə təşəkkürümü bildirirəm. Bu gün geçikməyimə görə hər kəsdən üzr istəyirəm. Bu gün gecikməyimin səbəbkarı elə Nigar İbrahimovadır. Bura gecikdiyim üçün aramız soyudu. Mən məsuliyyətli insanam. Mən durub gəlmişəm salona, görürəm ki, Nigar xanım salonda yoxdur. Bu qədər klipə əziyyət çəkilib, elə mənə hörmət qoyaraq vaxtında yola salmalı idi. Özü öz istəyi ilə bu gün məni bəzəməyini istəmişdi, vaxtı da müəyyənləşdirmişdik. Evə qayıdıb özümü makiyajımı etməli oldum”.

Qeyd edək ki, klip təqdimatında şoumen Murad Dadaşov, əməkdar artist Abbas Bağırov, müğənni Elnarə Xəlilova, Elçin Cəfərov, Sevda Yəhyayeva, Günay İbrahimli, aparıcı Şəhriyar Əbilov, Cavid Gül və digər tanınmışlar iştirak edib, müğənninin sevincinə şərik olublar.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm