Elzanın təyyarədə yazdığı şeir - VİDEO
Bizi izləyin

Tabloid.az

Elzanın təyyarədə yazdığı şeir - VİDEO

Şairlərə ilham daha çox təbiət qoynunda olanda gəlirsə, ekstravaqant Seyidcahana ilham hətta göyün yeddinci qatında olarkən də gəlir.

Müğənni Elza Seyidcahanın müğənniliyi, bəstəkarlığı hər kəsə bəllidir. Amma o, özünü son zamanlar daha çox şairə kimi sınayır. Düzdür, onun bu peşəsi birmənalı qarşılanmasa da, o, şairəliyindən də əl çəkmir. Şairlərə ilham daha çox təbiət qoynunda olanda gəlirsə, ekstravaqant Seyidcahana ilham hətta göyün yeddinci qatında olarkən də gəlir.

Belə ki, “Star Life” verilişinə müsahibə verən əməkdar artist təyyarədə olarkən yazdığı şeiri söyləyib.

Soruşursuz ki, səni kimdir yazdıran belə?

Həyat?

Bəli...

Məni bir yazdıran var,

Yazdıranı qazdıran

Qazdıranı basdıran var

Qazdırıb da basdırıb da üstünü də örtdürən var...

Ey yar, sevgi məgər günahdır?

Öz əlimlə öz sevgimi basdırmağa məcburam mən

Məhkumam mən...

Ömür bizə bir dəfədir,

Gözəl sevgi səhifədir.

Birincisi, ikincisi, üçüncüsü, dördüncüsü, Beşincisi, altıncısı...

Yeddincisi mənim üçün bir möcüzədir,

Axtardığım həqiqətdir

İzlədiyim nəhayətdir

İtirdiyim kifayətdir

Hamısı bir heyranlığın zirvəsində,

Ulduzluğun kölgəsində,

Yeddincisi ulduzluğun, an-şöhrətin ortasında istədiyim məhəbbətdir.

Bizə bəsdir,

Həyat təkdir.

Bilirik ki, əvvəl-axır o da nəfisdir

O da nəfisdir

Biz gedəndən sonra həyat nə kəsdir?

Həyat nə kəsdir?

Həyat, o kəsdir

Tabloid.az şeiri izləmək üçün verilişdə gedən süjeti təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm