Şahzadə Mustafa: “Qabırğam qırıldı”
Bizi izləyin

Tabloid.az

Şahzadə Mustafa: “Qabırğam qırıldı”

“Şahzadə Mustafanın ölümqabağı döyüş səhnələrinin çəkilişi zamanı qabırğam qırıldı. İndi-indi yaxşılaşır”.

“Şahzadə Mustafanın ölümqabağı döyüş səhnələrinin çəkilişi zamanı qabırğam qırıldı. İndi-indi yaxşılaşır”.

Bu sözləri Türkiyə mətbuatına müsahibə verən, son günlər haqqında çox yazılan “Möhtəşəm yüz il” də Mustafanı canlandıran aktyor Mehmet Günsür deyib. O bildirib ki, ölüm səhnəsi üç günə çəkilib:

“Çadıra gəliş, çadır və çadırdan çıxış. Bütün çadır içi səhnə səhər 08:30-dan gecə 01:30-a qədər davam etdi. Bir neçə plandan çəkdiyimiz üçün çox təkrar çəkilişlər etməli olduq. Çox çətin və soyuq bir gün idi”.

Serialda baş verən hadisələrin tarixi əks etdirməməsi fikri ilə razılaşmayan aktyor deyib ki, Türkiyədə senzura olmasaydı bəzi məqamları daha detallı göstərə bilərdilər:

“Bundan başqa biz ssenariyə dram ünsürlərini daxil etməliydik, çünki bu başdan-ayağa dramdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm