9 yaşlı model dünyanı heyrətləndirir - Fotolar
Bizi izləyin

Tabloid.az

9 yaşlı model dünyanı heyrətləndirir - Fotolar

Hələlik sosial şəbəkələrdən istifadə etməyən azyaşlı modelin fotoşəkillərini anası Qlikeriya Pimenova paylaşır

Rusiyanın paytaxtı Moskovada yaşayan 9 yaşlı Kristina Pimenova dünyanın ən gözəl qızı kimi tanınır. Pimenovanın “Instagram”da 400 min, “Facebook” isə 2 milyon təqibçisi var. Hələlik sosial şəbəkələrdən istifadə etməyən az yaşlı modelin fotoşəkillərini anası Qlikeriya Pimenova paylaşır.

2005-ci ildə Moskovada dünyaya gələn Kristinanın atası futbolçu, anası isə modeldir. Özündən 5 yaş böyük bacısı var. “Vogue Bambini” kimi jurnalların üz qabığına çıxan model “Roberto Cavalli” markasından geyinməyi çox xoşlayır.

Pimenovanın az vaxtda ulduz kimi parıldaması və modellik karyerasında yüksəlməsi bir çoxlarını narahat edib. Belə ki, azyaşlı modeli bəyənənlər onu maraqla təqib etsələr də, bəziləri kiçik yaşlarda modelliyə başlamağın qızın psixologiyasına zərər verəcəyini düşünürlər.

Sosial şəbəkə istifadəçiləri “bu yaşlarda oyun oynamalıdır”, “gələcəkdə xarici görkəmə çox önəm verən qız olacaq” kimi şərhlər yazaraq qızın valideynlərini tənqid edirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm