Hamilə qalmaq üçün ən uyğun zaman nə vaxtdır?
Bizi izləyin

Tabloid.az

Hamilə qalmaq üçün ən uyğun zaman nə vaxtdır?

Hamilə qalmaq üçün ən uyğun zaman nə vaxtdır?

Bir çox qadın hamilə qalmaq üçün özünü illərlə həm fikizi, həm də psixoloji cəhətdən hazırlayır. Lakin hamilə qalmaq üçün bunlardan başqa uyğun vaxtı təyin etmək də çox önəmlidir.

Xalq arasında asan hamilə qalmağın cinsi əlaqənin sayı ilə bağlı olduğu düşünülsə də, belə deyil. Bu fikir mütəxəssislər tərəfindən də inkar edilir. Cinsi əlaqənin təsiri insandan-insana dəyişir. Bir qadın ilk əlaqədən hamilə qala bildiyi halda, bəziləri dəfələrlə cinsi əlaqədə olmasına baxmayaraq, pozitiv nəticəyə nail ola bilmir. Burada kişinin spermasının keyfiyyəti ilə birlikdə cinsi əlaqənin sayı deyil, hansı zamanda baş verməsi daha vacibdir. Qadının hamilə qalması üçün ən əlverişli vaxt yumurtalama dönəmi ilə üst-üstə düşməsidir.

Bir çox qadın və kişi nə qədər istəsələr də, övlad sahibi ola bilmədiyi zaman problemin özündə olduğunu düşünür. Halbuki səbəb tamam başqa amil ola bilər. Çünki hamilə qala bilmək üçün çox az vaxtınız ola bilər. Həmin dönəmdə cinsi əlaqəyə girmədiyiniz təqdirdə hamiləlik üçün növbəti aya qədər gözləmək məcburiyyətində qalırsınız. Özünüzlə bağlı bütün şübhələri aradan qaldırmaq üçün bəzi hesablama metodlarından istifadə edə bilərsiniz.

Sağlam qadının menstruasiya dövrü 28 gündən birdir. Hər 28 gündən bir yumurtalama reallaşır, köhnə yumurtalar xaric olur və bir neçə gündən sonra təmizlənən uşaqlıq yeni yumurtaları döllənmək üçün hazır vəziyyətdə olur. Bu təmizlənmə və hazırlıq müddətindən sonra hamilə qalmaq üçün ən ideal vaxt hesab olunur. Bunun xaricində bir-iki gün əvvəl və sonra da hamilə qalmaq üçün mümkün olan zamanlardır. Lakin hamilə qalmaq ehtimalı aşağıdır.

Bu tarixi hesablanmağın ən asan yolu isə menstruasiya olduğunuz ilk günü təsbit etdikdən sonra 28 günlük dövrü müəyyənləşdirməkdir. Menstruasiya dövrünün ilk günündən etibarən günləri sayın:12-14-16 tarixləri hamilə qalmaq üçün münasib hesab olunur.

Lakin 6 ay ərzində mütəmadi olaraq cinsi əlaqəyə girdiyiniz halda hamilə qala bilmirsinzisə, həkim nəzarətindən keçmək tövsiyə olunur.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm