Ehtirasın rəngindən necə istifadə etməli?
Bizi izləyin

Tabloid.az

Ehtirasın rəngindən necə istifadə etməli?

Bəs ehtirasın rəngi kimi də tanınan şərab qırmızısından harada, necə istifadə etmək lazımdır?

Hər ilin bir trend rəngi olur. Rəng mütəxəssisi Pantone 2015-ci ilin trend rənginin şərab qırmızısı olacağını bildirib.

Bəs ehtirasın rəngi kimi də tanınan şərab qırmızısından harada, necə istifadə etmək lazımdır?

İnsana cazibədarlıq və seksuallıq bəxş edən bu qırmızı rəng 2015-ci ildə həm geyim, həm kosmetika, həm ev dekorasiyasında özünü göstərəcək.

Şərab rəngini qara və ya yaşıl tonlardakı geyimlərlə kombinə edə bilərsiniz. Sadə geyindikdə isə aksessuarlarınızda və ya makiyajınızda bu rəngə üstünlük verə bilərsiniz.

Tabloid.az sizin üçün ən trend şərab rəngli geyim, aksessuar və kosmetika məhsullarını seçib.

“Zara”nın qış mövsümü üçün hazırladığı bu çanta həm modeli, həm də rəngi ilə ilin trendini yaxalayır. Üstəlik, bu çanta demək olar ki, bütün geyimləri şıq göstərməyə qadirdir.

Bu qırmızı bluzu isə həm ətəklərlə, həm də şalvarlarla kombinə edə bilərsiniz. Ofis stili üçün də uyğundur.

Makiyajda da ilin dəbi ilə ayaqlaşmaq istəyirsinizsə, “Guerlain”ın bu ənliyi sizin üçün uyğun olacaq.

“H&M” isə aksessuarlarda trend rəngdən istifadə edib. Şərab rəngli bu saç aksessuarı olduqca şıq və dəblidir.

“Clinique” markasının bu dodaq boyası da makiyajın ilin dəbinə uyğun olmasına kömək edəcək.

“Flormar”ın qırmızı rəngli bu dırnaq boyası isə dəbli üslubunuzu vurğulayacaq.

“Zara”nın şərab qırmızısı bu şıq koftası ilə Yeni İl gecəsinin ən dəbli və rahat stilini yarada bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm