Yeni il bayramı üçün çəkici qadınların saç stilindən ilham alın - Fotolar
Bizi izləyin

Tabloid.az

Yeni il bayramı üçün çəkici qadınların saç stilindən ilham alın - Fotolar

Yeni il bayramı üçün çəkici qadınların saç stilindən ilham alın

2015-ci ilin yaxınlaşmasına hamı kimi mən də həyəcanlıyam... Məni həyəcanlandıran əsas səbəblər həmin gecə nə geyinəcəyim və saç düzümümlə bağlıdır. Məncə, həmin gecə necə görünəcəyi bütün xanımları narahat edir. Buna görə də, Yeni illə bağlı silsilə yazılarımı davam etdirəcəyəm.

Bu icmalda Yeni il gecəsi üçün bir-birindən maraqlı saç düzümləri toplamışam. Bu fotolar arasında 2014-cü ildə məşhurların qırmızı xalı üzərində ən çox diqqətçəkən saç stilləri də yer alır. Onların hər biri hələ də trend və aktual modellərdir. Fotolardan hər bir xanım öz zövqünə və stilinə uyğun möhtəşəm saç düzümləri tapa bilər...

Yeni ili evdə və ya dostlarla qeyd etməyi planlaşdıranlar da sadə düzümlərə baxıb ilhamlana bilərlər.

Yeni il gecəsində paltar seçimi çox önəmlidir. Lakin siz hamıdan fərqli görünmək istəyirsinizsə, bəsit saç düzümlərindən uzaq durmalısınız. Sadəlikdən heç bir halda uzaqlaşa bilmirsinizsə, maraqlı saç aksessuarları sizin köməyinizə gələ bilər.

Yeni il saç modellərinə parlaq ulduz, çiçək, şimal maralı, qar dənələri kimi aksessuarlar da əlavə edə bilərsiniz. Toppuzlar da bu bayramda daha qəşəng və şirin görünür. Hörüklü Yeni il saçları mənim favoritlərim arasındadır.

Yeni ili gözəl bir məkanda qeyd etməyi düşünürsünüzsə, rahat geyimlərdən uzaq olun. Onsuz da bu geyimlərə hər gün yer veririk. Stilinizi qırmızı stiletto və ya qırmızı pomada ilə vurğulaya bilərsiniz.

Aşağıdakı qalereyada iddialı yeni il saç modellərinə nəzər salın və ilham alın!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm