Bayramda qızıl rənglə işıq saçın! - Fotolar
Bizi izləyin

Tabloid.az

Bayramda qızıl rənglə işıq saçın! - Fotolar

Yeni il gecəsinin ən diqqətçəkici xanımı olmaq istəyənlər...

Yeni ilin yaxınlaşması ilə birlikdə dəb aləmində parıltılı, simli geyimlər və kosmetik vasitələr dəbə mindi. Bir çox ulduz da bu dəb tendensiyası ilə ayaqlaşmağa başlayıb. Xüsusilə də hər bir qadına yaraşan və gözəllik bəxş edən qızıl rəngli simli makiyaj vasitələri qadınların diqqət mərkəzindədir. Yeni il gecəsinin ən diqqətçəkici xanımı olmaq istəyənlər həmin gün parıltılı, simli makiyaj vasitələrinə müraciət edəcəklər.

Tabloid.az xarici mətbuata istinadən, bayram günü köməyinizə gələcək ən trend qızılı rəngli kosmetik vasitələrini təqdim edir:

Qızılı göz kölgəsi ilə makiyajınızı unudulmaz etmək öz əlinizdədir. “Dior”un bu məhsulu ilə kölgəli göz makiyajını asanlıqla tətbiq edə bilərsiniz.

Тени Dior 5 Couleurs в оттенке 046 Golden Reflection

Çiçək ətirli bu “Burberry” kirşanı üzünüzdə möhtəşəm bayram parıltısını əks etdirəcək. Bu kirşandan istifadə edəcəksinizsə, sadə bir libasa üstünlük verin.

Пудра Burberry Gold Glow

“Guerlain” brendinin bu dodaq parıldadıcısı Yeni il imicinizi vurğulamaq üçün ideal vasitədir. Sevimli dodaq boyanızın üzərindən çəkib daha şəhvətli dodaqlara sahib ola bilərsiniz. Bu dodaq parıldadıcısını tək də istifadə etmək mümkündür.

Блеск для губ Guerlain Gloss d'Enfer в оттенке 901 L'Oiseau de Feu

“NARS”ın bu dırnaq boyası bayramın ən trend rəngləri olan qara və qırmızı ilə əla uyğunlaşır. Libasınız bu rənglərdədirsə, rahatlıqla bu möhtəşəm dırnaq boyasından istifadə edə bilərsiniz.

Лак для ногтей 3.1 Phillip Lim for в оттенке Nars Gold Viper

“Dior”un qızıl hissəciklərini xatırladan dırnaq bəzəyi ilə manikürünüz həm daha davamlı olacaq, həm də bayram ab havasını əks etdirəcək.

Покрытие для ногтей Dior Diorific в оттенке 001 Golden Shock

Sonda onu da qeyd edək ki, bu kosmetik vasitələrin hər biri möhtəşəm olsa da, hamısından eyni vaxtda istifadə etmək olmaz. Çünki hamısı olduqca diqqətçəkicidir. Odur ki, qızıl rəngli bu möhtəşəm kosmetik vasitələrdən stilinizə ən uyğun olanını seçib tətbiq etməlisiniz. Qeyri-adi obrazınızı yaradın və Yeni il gecəsi işıq saçın!

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm