Bəstəkar özünə şirkət açdı
Bizi izləyin

Tabloid.az

Bəstəkar özünə şirkət açdı

O, tabloid.az-a bildirib ki, bu prodakşn Türkiyə ilə bir neçə ildir davam edən əməkdaşlığının nəticəsidir:

Bəstəkar və söz yazarı Günel Sərdarqızı təşkilatçı və prodüser kimi də fəaliyyətini genişləndirib. O, mahnının aranjemanını, yüksək səviyyəli klip çəkilişlərini, konsert və televiziya layihələrini həyata keçirən prodakşn şirkətin rəhbərlərindən biri olub. MG adlanan prodakşnda Sərdarqızının tərəfdaşı türkiyəli rejissor Mustafa Sarıkayadır.

O, tabloid.az-a bildirib ki, bu prodakşn Türkiyə ilə bir neçə ildir davam edən əməkdaşlığının nəticəsidir:

“Artıq konsert və layihələrimi öz prodakşınımın adı altında həyata keçirəcəyəm. Bunu hər dəfə fərqli ad altında etmək düzgün deyil. İndiyədək layihələrim həmişə fərqli şirkət və kompaniyaların adı altında həyata keçib. Nəticədə iş şaxələnirdi və başqasının adına çıxırdı. Allah hamının canını sağ eləsin, amma artıq öz şirkətimlə işləmək istəyirəm. Prodakşına aid layihələr Türkiyədə həyata keçiriləcək”.

Sərdarqızı əlavə edib ki, indiyədək M. Sarıkaya ilə reallaşdırdığı layihələrin sırasına Türkiyəli müğənnilər Özcan Deniz və Mahsun Kırmızıgülün Yaşıl Teatrda, Fərhad Göçerin Heydər Əliyev Sarayında, eləcə də Bengü və Hadisənin Bakıda təşkil edilən son konsertləri daxildir.

Qeyd edək ki, M. Sarıkaya Türkiyədə Tarkan, Kenan Doğulu, Sertap Erener, Demet Akalın, Sıla, Murat Boz, Hadisə kimi məşhur müğənnilərlə çalışır. O, həmçinin Stinqin, Riki Martinin, “Spice girls”, “Black ice peace” qruplarının, Farel Uillamsın, PSY-nin, Leydi Qaqanın Türkiyədəki konsertlərinin rejissoru olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm