Oksanadan “Sarı gəlin” - Video
Bizi izləyin

Tabloid.az

Oksanadan “Sarı gəlin” - Video

Rəqqasə Oksana Rəsulova bu gün “Sarı gəlin” mahnısına çəkdirdiyi klipini təqdim edib.

Rəqqasə Oksana Rəsulova bu gün “Sarı gəlin” mahnısına çəkdirdiyi klipini təqdim edib. Tabloid.az xəbər verir ki, bu kliplə böyük bir layihəyə start verən rəqqasə ilk dəfə olaraq milli obrazda çıxış edib. Klip Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Layihəni müğənni özü maliyyələşdirib.

Rejissor Kənan Musayevin ekranlaşdırdığı rəqsə xoreoqraf Zülfiyyə İbrahimova quruluş verib. Klipdə rəqqasənin tərəf müqabili məşhur aktyor, Bakı Bələdiyyə Teatrının aktyoru İlqar Musayevdir.

Yeni layihəsində tam fərqli obraz yaradan Oksana Rəsulova bunun davamı olacağını da deyib: “İlk dəfədir ki, milli rəqslə çıxış edirəm. Klip çəkilişləri zamanı mənim üçün müəyyən çətinliklər ortaya çıxsa da, nəticədən razıyam. Mənim ifamda milli rəqslər davam edəcək. 10 rayonda 10 mahnıya klip çəkəcəyik. Nəzərdə tutulub ki, növbəti klip “Azərbaycan maralı” mahnısına çəkilsin. Klipi Gəncədə çəkməyi planlaşdırırıq. Bu layihəyə çox həvəsliyəm. Düşündüm ki, mən Hindistanda Azərbaycan qızı kimi tanınıram. Hind rəqsləri ifa edən Azərbaycan qızı niyə öz milli rəqslərini də tanıtmasın?! Ona görə də bu layihəyə qərar verdim. Layihə ayrı-ayrı ölkələrdə də təqdim olunacaq və hər ölkədə Azərbaycan, onun tarixi, milli ruhu və mədəniyyəti təmsil olunacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm