Günay: “Belə qəmli dayanma” - Audio
Bizi izləyin

Tabloid.az

Günay: “Belə qəmli dayanma” - Audio

Çalışmaqdan yorulmayan müğənni Günay İbrahimli “Sənə bağlanıram” mahnısının klipini bu ayın əvvəlində təqdim etməsinə baxmayaraq, ikinci, yeni mahnısını təqdim edib.

Çalışmaqdan yorulmayan müğənni Günay İbrahimli “Sənə bağlanıram” mahnısının klipini bu ayın əvvəlində təqdim etməsinə baxmayaraq, ikinci, yeni mahnısını təqdim edib.

Ötən həftə müğənni “Xəzərim” adlı yeni mahnısını təqdim edib, bu həftəyə də müğənni yeni mahnı ilə başladı. Mahnı Günay İbrahimlinin ifasında yeni olsa da, tarixi çox uzaqlara, hətta ötən əsrə gedib çıxır.

Belə ki, müğənni “Belə qəmli dayanma” mahnısını ifa edib. Bu haqda xəbəri Günay sosial şəbəkədə paylaşıb. “Səhər saat 6 tamam mən hələ də səs yazma studiyasındayam. Oxumayacaqdım. Dostlarım sağolsunlar. Gördülər ki, bu mahnı mənə təsir edir, mahnını aranjeman etdilər, mən də oxudum. İş bitdi”

Xatırladaq ki, mahnını ilk dəfə Məmmədbağır Bağırzadə 1987-ci ildə ifa edib. Ondan sonra mahnını xalq artisti Flora Kərimova, əməkdar artist Gülyaz Məmmədova, müğənni Röya və digərləri də ifa ediblər.

Məhəbbət Kazımov və Könül Kərimova isə mahnını duet şəklində ifa ediblər.

Qeyd edək ki, mahnının sözləri Şamxal Rüstəmova, musiqisi isə Taleh Hacıyevə aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm