Röya razı sala bilmədi, əsib-coşdu
Bizi izləyin

Tabloid.az

Röya razı sala bilmədi, əsib-coşdu

Sevənləri öz iradları ilə müğənni Röya Ayxanı bezdirib. Bu dəfə pərəstişkarları ona mahnının sözlərini unutmağını irad tutub.

Sevənləri öz iradları ilə müğənni Röya Ayxanı bezdirib. Bu dəfə pərəstişkarları ona mahnının sözlərini unutmağını irad tutub. Tabloid.az xəbər verir ki, ötən həftə Heydər Əliyev adına Sarayda reallaşan konsertində oxuduğu mahnının sözlərini unutması ilə bağlı iradlara soyuqqanlı qala bilməyən müğənni əsib-coşub:

“Ay mənim əzizlərim, ay mənim həmişə narazı olan sevənlərim! Heç kiminsə adını unutduğunuz olmayıb? Sizə yönələn çoxsaylı baxışlardan özünüzü itirməmisiniz? Dünən gördüyünüz işin birdən ağlınızdan çıxması olmayıbmı? Mən də insanam. İlk dəfə səhnəyə çıxanda, ilk mahnının sözünü unutmağım da normaldı. Sizinlə ilk göz təması adamı həyacanlandırır. Bir az dürüst olun. Bezdim. Bir gün gəlib ağıllı çıxışlarınıza qulaq assam, o qədər irad tutaram ki, axırda özünüzü asarsınız”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm